• $
  • £

Qərbdən "Media haqqında" qanuna təziqlər var - Millət vəkili - VİDEO

Qərbdən
17.02.2023 13:07
Qərbdən Azərbaycanda qəbul olunan "Media haqqında" qanuna təziqlər var. Bunu Milli Məclisin bu gün keçirlən iclasında deputat Sahib Aliyev deyib.
 
"Avropa Birliyinin Bakıdakı rəhbərliyi bir qrup jurnalisti yığaraq qapalı dinləmələr keçirib."Guya" Azərbaycanda söz azadlığının olmaması barəsində fikir mübadiləsi aparıblar. Məqsəd aydındır. Ermənistana missiya göndərməyin davamına xidmət edən siyasətdir. Təəssüf ki, o jurnalistlərin arasında saç - saqqal ağardanlar da var. Həmin şəxslər görmədilər ki,  onlardan istifadə edirlər", - deputat bildirib.
 
Sahib Aliyev beynəlxalq təşkilatlardan birinin hesabatını açqıalyaraq qeyd edib ki, 2022-ci il jurnalistka fəaliyyəti ilə bağlı 813 insident baş verib. Onun da 400-dən çoxu Avropada baş verən hadisələrdir. 
 
Azərbaycanda "Media haqqında" qanun 30 dekabr 2021-ci ildə qəbul olunub. Qanun 9 fəsil 78 maddədən ibarətdir. Qanun layihəsində jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər öz əksini tapıb.
 
Qanun qəbul edilməzdən əvvəl  layihəyə etiraz olaraq  bir qism jurnalist Milli Məclisin qarşısında "İcazəli jurnalistika istəmirik" şüarı ilə aksiya keçirib. 
 
2022-ci ilin dekabrında Avropa Şurasının Nazirlər Komitəsinin Strasburqda  qəbul etdiyi qətnaməsində Azərbaycan hakimiyyət orqanlarını  "Media haqqında” Qanunu tam şəkildə Avropa Şurasının standartlarına uyğunlaşdırmaq üçün tədbirlər görməyə dəvət edib: onları bu işdə Avropa Şurası vasitəsilə təmin edilən təcrübədən tam olaraq yararlanmağa təşviq edib.
 
 
Gülnar Nazimqızı 









www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Siyasət 12:07
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Siyasət 11:56
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Siyasət 11:53
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Siyasət 11:45
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
Siyasət 11:10
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Siyasət 18:30
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Siyasət 18:11
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Siyasət 13:15
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Baş nazir qərar imzalayıb
Siyasət 12:51
Baş nazir qərar imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol