• $
  • £

Moskva İrəvan və Bakıdakı rəsmisləri münasibətləri normallaşdırmağa çağırıb

Moskva İrəvan və Bakıdakı rəsmisləri münasibətləri normallaşdırmağa çağırıb
22.02.2023 20:21
Moskva İrəvan və Bakıdakı tərəfdaşları ikitərəfli münasibətlərin normallaşdırılmasının hər bir istiqaməti üzrə "ritmik birgə” işi mümkün qədər tez bərpa etməyə çağırır. Bu barədə Rusiya xarici işlər nazirliyinin sözçüsü Maria Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiyanın Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi, eləcə də sülhməramlılar Laçın dəhlizində vəziyyəti nizamlamağa çalışır.

"2022-ci il dekabrın 12-dən Qarabağa 2,5 tondan çox humanitar yük gətirilib. 8000-dən çox uşaq və 800 yoxsul ailə yardım alıb”, - Zaxarova bildirib.


XİN rəsmisi hesab edir ki, danışıqlar prosesinin dondurulması əks effekt verə bilər.

"Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli razılaşmalarını yerinə yetirərkən Rusiya tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına ardıcıl töhfə verir" - Zaxarova qeyd edib.

Fevralın 21-də Rusiya xarici işlər nazirliyindən bildirilib ki, Sergey Lavrov fevralın 27-sı Azərbaycana gələcək. Onun ölkə prezidneti İlham Əliyev və Ceyhun Bayramovla görüşü gözlənilir.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Siyasət 12:07
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Siyasət 11:56
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Siyasət 11:53
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Siyasət 11:45
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
Siyasət 11:10
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Siyasət 18:30
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Siyasət 18:11
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Siyasət 13:15
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini şərh edib
Baş nazir qərar imzalayıb
Siyasət 12:51
Baş nazir qərar imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol