• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Qazaxıstana neftini Bakı-Supsa ilə ixrac etməyi təklif edib

Azərbaycan Qazaxıstana neftini Bakı-Supsa ilə ixrac etməyi təklif edib
07.04.2023 17:27
Azərbaycan və Qazaxıstan 2023-cü ildə Bakı-Supsa neft kəməri ilə 5 milyon ton Qazaxıstan neftinin nəqli imkanlarını müzakirə edir. Bu barədə Anews.az-a danışıqlar prosesinə yaxın olan 3 mənbə məlumat verib. 
     
"Azərbaycan tərəfi beş milyon ton neftin Bakı-Supsa  neft kəməri vasitəsilə nəqlini təklif edib... bu məsələ danışıqların predmetidir", - mənbə bildirib. 
 
Mənbələrin bildirdiyinə görə, bu neft kəməri ilə  "Kaşaqan" yatağından hasil edilən neftin nəql ediləcəyi düşünülür. 
 
Azərbaycan Qazaxıstana neftin Gürcüstandakı Qara dəniz limanları vasitəsilə nəqlini də təklif edib.
     
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 2022-ci ilin yayında Qazaxıstann neft ixracını  diversifikasiya etmək istədiyini və  Rusiyadan yan keçərək neft ixracını artırmağa çalışdığnı bildirib. 
 
Bununla belə, hələlik Xəzər Boru Kəməri Konsorsiumu Qazaxstan üçün  əsas ixrac marşrutu olaraq qalır. Bu kəmər vasitəsilə Qazaxıstan  Rusiyanın Novorossiysk yaxınlığındakı Yujnaya Ozereevka dəniz terminalından neftini dünya bazarına çıxardır. 
     
"Kaşaqan" neft yatağından hasilat  NCOC,  Eni,  ExxonMobil, CNPC , Royal Dutch Shell,  Total,  Inpex Holdings şirkətlərinin birləşdiyi konsorsiumu və Qazaxıstanın Kasmunayqaz şirkəti  tərəfindən həyata keçirilir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Azərbaycan büdcəsində neft gəlirlərinin payını 30%-ə endirəcək - nazir
İqtisadiyyat 16:39
Azərbaycan büdcəsində neft gəlirlərinin payını 30%-ə endirəcək - nazir
Taleh Ziyadov: Orta Dəhlizdə sərhəd prosedurları uyğunlaşdırılmalıdır
İqtisadiyyat 15:51
Taleh Ziyadov: Orta Dəhlizdə sərhəd prosedurları uyğunlaşdırılmalıdır
Azərbaycanın Mərkəzi Asiya ilə ticarəti 53% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın Mərkəzi Asiya ilə ticarəti 53% artıb
LSEG: Azərbaycan şirkətləri kapital bazarlarından daha fəal istifadə edə bilər
İqtisadiyyat 15:43
LSEG: Azərbaycan şirkətləri kapital bazarlarından daha fəal istifadə edə bilər
Valeh Ələsgərov: Ələt Zonasının üstünlüyü ixracyönümlü istehsaldır
İqtisadiyyat 15:15
Valeh Ələsgərov: Ələt Zonasının üstünlüyü ixracyönümlü istehsaldır
Yeni idman dünyası KinonTV-də: “SetantaSports& TV” paketi istifadəyə verildi
İqtisadiyyat 14:53
Yeni idman dünyası KinonTV-də: “SetantaSports& TV” paketi istifadəyə verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol