• $
  • €
  • ₽
  • ₺
  • £

Köhnə avtomobillərin Azərbaycana girişinə qadağa sabahdan qüvvəyə minəcək

Köhnə avtomobillərin Azərbaycana girişinə qadağa sabahdan qüvvəyə minəcək
26.04.2023 19:39
Aprelin 28-dən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılır. Bu, Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli qərarında əksini tapıb.  Qərar dərc edildiyi gündən 30 gün sonra, yəni  aprelin 28-də qüvvəyə minir.  
 
Millət vəkili Aydın Hüseynovun sözlərinə görə, bu qərar nəqliyyat sektoruna ciddi təsir göstərməyəcək.  
 
"Bildiyiniz kimi bütün dünyada köhnə maşınlar bu və ya digər formada  dövriyyədən çıxarılır. Bu ilk növbədə yanacaq sərfiyyatı ilə bağlıdır. Yəni bu maşınların istifadəsi üçün daha cöx yanacaqdan istifadə olunur. Həmçinin bunun səbəbi elektirik enerjisindən istifadə və ekoloji problemlərlə birbaşa əlaqəlidir. Son dövrlərdə bu maşınlara tələbat da çox deyil. İndi hər kəs  yeni  maşın almağa çalışır.  Ona görə də bu qərar nəqliyyat sektoruna ciddi təsir göstərməyəcək”, - Hüseynov bildirib. 
 
 Yasin Mustafayev isə bu qərarı gecikmi. qərar sayır.  
 
"Bu gözlənilən qərar idi. Cünki Azərbaycan Avropanın, Asiyanın inkişaf etmiş ölkələrinin sanki maşın zibilliyinə dönmüşdü. İndiyədək Azərbaycanda avtomobil parkları çox köhnə idi. Bu da təbii ki, həm ekologiyaya zərər vurur, həm texniki təhlükəsizlik baxımından uyğun deyil. Buna görə də çoxlu qəzalar baş verir. Bu cəhətdən bu qərar daha əvvəldən gözlənilənilirdi. Düzdür müəyyən qədər qiymət artımı olacaq amma bir məsələni qeyd etmək lazımdır ki, insan həyatından heç nə vacib deyil. Digər tərəfdən qlobal istiləşmə dövründə bu avtomobillərin atmosferə buraxdığı zəhərli qazlar da  təhlükə yaradır. Bir müddətdən sonra  qərarın tətbiq müddəti beş ilə də endirilə bilər”, - Mustafayev bildirib.  
 
Dövlət Gömrük Komitəsi bəyan edib ki, 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub. 
 
 
Eltac Nurullazadə  
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi ucuzlaşıb
İqtisadiyyat 09:10
Azərbaycan nefti cüzi ucuzlaşıb
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol