• $
  • £

Azərbaycan Türkiyəyə 98 milyard kubmetrdən çox təbii qaz ixrac edib

Azərbaycan Türkiyəyə 98 milyard kubmetrdən çox təbii qaz ixrac edib
01.05.2023 22:27

SOCAR Türkiye bugünədək Türkiyə üçün 9,3 milyard kubmetr qaz tədarük edib, Azərbaycandan tədarüklərin ümumi həcmi isə 98,2 milyard kubmetr təşkil edib.

Bunu SOCAR Türkiye-nin baş direktoru Elçin İbadov "Habertürk"ə deyib.

O qeyd edib ki, SOCAR Türkiye-nin təbii qaz portfeli Türkiyənin istehlakının 6 faizini təşkil edir.

"Biz elektrik enerjisi və təbii qazın topdan satış bazarında Türkiyənin özəl sektorunun ən böyük iştirakçılarından biriyik. 2022-ci ildə təbii qaz və elektrik enerjisi satışının ümumi həcmi 17 teravat-saata, dövriyyə isə 28 milyard türk lirəsinə (1,4 milyard dollar) çatıb", - deyə Elçin İbadov bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin hesabatına əsasən, 2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycan Avropaya (2,9 milyard kubmetr), Türkiyəyə (2,7 milyard kubmetr) və Gürcüstana (0,9 milyard kubmetr) təbii qaz ixrac edib. Hesabat dövründə Trans-Anadolu qaz kəməri ilə Türkiyəyə 1,4 milyard kubmetr qaz ixrac olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
İqtisadiyyat 11:35
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb
İqtisadiyyat 10:45
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb

Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:44
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neft yenidən ucuzlaşır
İqtisadiyyat 09:40
Dünya bazarlarında neft yenidən ucuzlaşır
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
İqtisadiyyat 09:28
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
İqtisadiyyat 14:41
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
İqtisadiyyat 14:30
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol