• $
  • €
  • ₽
  • ₺
  • £

Bot nədir və nə üçün istifadə olunur?- MÜSAHİBƏ

Bot nədir və nə üçün istifadə olunur?- MÜSAHİBƏ
08.05.2023 16:17
Müasir Azərbaycan dilində "internet", "screen",  "server", "online" və s bu kimi sözlərə daha tez-tez rast gəlinir. Belə sözlərdən biri də "bot"dur. Hərdən dostumuz bizə deyir ki, on-line alış veriş saytına girdim, əcəb botlar var idi. Və yaxud Azərcell, Bakcell və Nar kimi provayderlərə zəng vuranda bir incə səsli xanım bizə cavab verir.  Əslində bu xanım səsinin arxasında real adam deyil adi telefon çat-botu durur.  Bəs görəsən botlar haqqında biz daha nə bilirik ?  İnformasiya Texnologiyaları üzrə Mühəndis-Ekspert, Tədqiqatçı Bəhruz Əliyevlə söhbətimiz məhz bu barədədir: 
 
-Botlar nədir?
 
- Bot təkrarlanan məlumatın emalı üçün nəzərdə tutulur. Hər-hansı bir platformada, sual-cavabın çoxluq təşkil etdiyi saytlarda və yaxud xidmətdə istifadəçilər eyni sualı təkrar-təkrar soruşurlar. Onların isə eyni zamanda cavablandırılması mümkün deyil. Ona gorə də bu məqsədlə botlar yaradılır. Bu botlar standart suallara eyni cavabı verir. Əgər qeyri-standart cavablar varsa, artıq burada insan müdaxiləsinə ehtiyac olur. Botlar əvvəlcədən hesablanmış istifadəçi ifadələri, audio və mətn əsaslı siqnallardan istifadə edir. Çatbotlar tez- tez onlayn və mesajlaşma proqramlarında istifadə olunur. Hazırda Apple Siri-ni, Windows Cortan-ı virtual zəka asistenti kimi istifadə edir.
 
- Botlar hansı məqsədlərlə yaradılır?
 
- Botlar müxtəlif məqsədlərlə  müxtəlif şirkətlər tərəfindən yaradıla bilər. Aydındır ki, Apple, Google, Microsoft kimi böyük şirkətlərin öz botları var. Bu botları yaratmaqda əsas məqsədlərdən biri görüləcək işləri asanlaşdırmaqdır. Vətəndaşlar botlardan istifadə edərkən çox diqqətli olmalıdırlar. Təbii ki, burada müxtəlif məqsədlər daşıyan botlar var. Hər-hansı bir botun təhhlükəli olub-olmadığını bilmək üçün bir neçə məqam var. Məsələn sosial şəbəkələrdə fake profillərlə dostluq göndərilə və yaxud mesaj yazıla bilər. Bu zaman ilk növbədə bu botun nə vaxt yaradıldığına baxmaq lazımdır. Əgər qısa müddətdə yaradılıb, get-gedə istifadəçi sayını sürətlə çoxaldırsa, həmçinin müxtəlif geniş fəaliyyət göstərərək məlumatlar yayırsa, bu zaman çox diqqətli olmaq lazımdır. İkinci tərəfi isə profil çoxdan yaradılır amma uzun müddət fəaliyyət göstərmir. Birdən-birə istifadəçi son vaxtlarda sıx şəkildə sosial şəbəkələrdə fəaliyyət göstərir. Bu məqamda da diqqətli olmaq lazımdır. Eyni zamanda mesajlaşma zamanı verilən suallardan da müəyyən qeyri-adekvat məslələr ortaya çıxa bilər.  Belə olduğu halda da şüphələnmək lazımdır. İstifadəçilərə tövsiyyə edərdim ki, bu kimi şübhəli hallarda həmin botlardan uzaq dursunlar. Bəzən botlar vasitəsilə müxtəlif maraqların arxasında dayanaraq, insanları mənfi istiqamətə yönləndirməyə çalışırlar. Bu hər-hansı bir qrupun təbliğatı və yaxud əxlaqsız və milli dəyərlərdən uzaq məslələrə yönləndirmək ola bilər. Həmçinin burda düşmən təxribatı da ola bilər. Müxtəlif məlumatları əldə etmək üçün botlardan istifadə edə bilərlər. Digər məsələlərdən biri də botların müxtəlif linklər və düzgün olmayan məlumatların göndərməsidir. Həmin linklərə diqqətlə baxdığınız zaman, ordakı domen adlarından, göndərilən məlumatlardan sizin kompüterə hər-hansı bir virusun salınması və yaxud məlumatların öyrənilməsi kimi dələduzluqla qarşılaşa bilərsiniz.
 
- Təhlükəli botlardan qorunmaq üçün vətəndaşlar nə etməlidirlər?
 
- Hər bir şəxsi botlardan istifadə edərkən diqqətli olmağa çağırıram. Ümumiyyətlə boltlarla danışarkən şəxsi məlumatlardan istifadə etməsələr daha düzgün olar. Tövsiyyə edərdim ki, təhlükəsizlik baxımından hər-hansı problem yarandıqda vətəndaşlar İT sahəsində məlumatı olan şəxslərdən məsləhət alsınlar.
 
Eltac Nurullazadə

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi ucuzlaşıb
İqtisadiyyat 09:10
Azərbaycan nefti cüzi ucuzlaşıb
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol