• $
  • €
  • ₽
  • ₺
  • £

AÇG-dən SOCAR-a ötürülən qazın həcmi açıqlanıb

AÇG-dən SOCAR-a ötürülən qazın həcmi açıqlanıb
04.05.2023 16:51
Cari ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) vasitəsilə SOCAR-a 0,6 mlrd. kubmetr səmt qazı ötürülüb.  Bu barədə BP-nin Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci rübünün nəticələrinə dair dərc etdiyi hesabatda bildirilib.
 
Hesabat dövründə AÇG-dən SOCAR-a gündə orta hesabla 6,5 mln. kubmetr qaz verilib.

"Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub”, - hesabatda qeyd olunub.

AÇG-də hasil edilən qazın bir hissəsi SOCAR-a təmənnasız olaraq verilir.

2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzalanıb.
 
AÇG hazırda Azərbaycanın ən böyük neft yatağıdır və ölkənin neft hasilatının 2/3 hissəsini təmin edir. 2022-ci ildə AÇG blokunda neft hasilatı təxminən 152 milyon barel (20 milyon ton) təşkil edib.

MŞA layihəsi AÇG blokunun işlənməsinin növbəti mərhələsidir. Layihə çərçivəsində Turan Qazma Şirkəti tərəfindən həyata keçiriləcək 48 quyunun qazılması planlaşdırılır.

MŞA layihəsinin məqsədi əlavə quyuların qazılması və əlavə dəniz qurğularının quraşdırılması ilə gündəlik 100.000 barelə qədər neft və 350.000 kubmetr qaz hasilatına nail olmaqdır.

2019-cu il aprelin 19-da Bakıda AÇG blokunun işlənməsi layihəsinin səhmdarları 6 milyard ABŞ dolları məbləğində MŞA layihəsi üzrə yekun investisiya qərarını imzalayıblar ki, bunun təqribən 3,2 milyard dolları tikinti xərcləri, qalanı yeni quyuların qazılması da daxil olmaqla işlənmə xərcləridir.

Layihə 137 metr dərinlikdə "Mərkəzi Azəri” və "Şərqi Azəri” platformaları arasında yaşayış bloklu yeni hasilat-qazma platformasının tikintisini nəzərdə tutur.

"Azəri”, "Çıraq” və "Günəşli”nin dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb.

AÇG blokundan neft və səmt qazının hasilatı 1997-ci ilin noyabrında başlayıb. Hazırda Böyük Britaniyanın BP (layihə operatoru) 30,37%, SOCAR (25%), Macarıstanın MOL (9,57%), Amerikanın ExxonMobil (6,79%), Hindistanın ONGC Videsh (2,31%), Yaponiyanın Inpex Corp. (9,31%) və ITOCHU Oil (3, Oil (3,65%), Norwegian Equinor (7,27%), Türkiyə TPAO (5,73%) şirkətləri layihənin səhmdarlarıdır. 
 
Aytac
 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi ucuzlaşıb
İqtisadiyyat 09:10
Azərbaycan nefti cüzi ucuzlaşıb
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol