• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın səhmdarlarlı yeni təyinatları təsdiqlədi

Kapital Bank-ın səhmdarlarlı yeni təyinatları təsdiqlədi
05.05.2023 14:44
4 may 2023-cü il tarixində Kapital Bank-ın Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. İclasda bir çox məsələlər müzakirə edilib və qəbul edilən qərara əsasən Bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Rövşən Allahverdiyev Müşahidə Şurasının sədri təyin olunub. 


İndiyədək bu vəzifəni PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov icra edirdi. O, bundan sonra fəaliyyətini Müşahidə Şurasının üzvi kimi davam etdirəcək. Rövşən Allahverdiyev 2013-cü ildən Kapital Bank-ın İdarə Heyətinə rəhbərlik edib. 


Digər qərara əsasən Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov, Bankın İdarə Heyətinin sədri təyin edilib. Fərid Hüseynov 2015-ci ildən Kapital Bank-ın İdarə Heyətinin üzvüdür.


Kapital Bank-ın səhmlərinin 99,87%-i PAŞA Holding-ə, 0,13%-i isə fiziki şəxslərə aiddir. Bankın birinci dərəcəli kapitalı 600 milyon. manatdır. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi ucuzlaşıb
İqtisadiyyat 09:10
Azərbaycan nefti cüzi ucuzlaşıb
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol