• $
  • £

AİB Azərbaycanla yeni tərəfdaşlıq strategiyasının istiqamətlərini açıqlayıb

AİB Azərbaycanla yeni tərəfdaşlıq strategiyasının istiqamətlərini açıqlayıb
08.05.2023 21:09

Asiya İnkişaf Bankı (AİB) 2024-cü ildə Azərbaycanla 2024-2028-ci illəri əhatə edəcək yeni tərəfdaşlıq strategiyasını həyata keçirməyə başlayacaq.

AİB-nin cari əməliyyatları özəl sektorun inkişafının stimullaşdırılması, dövlət sektorunun səmərəliliyinin artırılması, infrastrukturun yaxşılaşdırılması və insan kapitalının gücləndirilməsinə yönəlmiş və 2019-2023-cü illər üçün olan tərəfdaşlıq strategiyası çərçivəsində həyata keçirilir.

"2023-cü ildən 2026-cı ilə qədər AİB energetika, nəqliyyat, dövlət sektorunun idarə edilməsi, kənd təsərrüfatı və təhsilə diqqət yetirəcək. Bank yaxşı inteqrasiya olunmuş regional nəqliyyat sistemləri vasitəsilə regional əməkdaşlığın genişləndirilməsində hökumətə dəstək verəcək. AİB-nin iştirakı ilə regional suvarma şəbəkəsinin bərpası kənd təsərrüfatı məhsuldarlığını artıracaq və ərzaq təhlükəsizliyinin qorunmasına kömək edəcək. Enerji islahatları əsas ötürmə və paylama infrastrukturunun inkişafı və bu sektorda innovativ təşəbbüslərin qəbulu ilə dəstəklənəcək.

Texniki peşə təhsilinin inkişafına investisiya qoyuluşu ölkədə insan kapitalını gücləndirəcək. Bu, həmçinin müasir peşə məktəblərinin təkmilləşdirilməsinə və qurulmasına və siyasi islahatların təşviqinə kömək edəcək”, - bank hesab edir.

AİB özəl sektoru ticarət, maliyyə, KOS-un genişləndirilməsi və infrastrukturun inkişafı ilə bağlı layihələrə cəlb edəcək. "Bank həmçinin yerli valyutada maliyyələşdirməni özəl sektora yerli valyuta istiqrazları vasitəsilə təqdim etmək üçün hökumətlə sıx əməkdaşlıq edir” – bankın informasiya bülletenində deyilir.

AİB-dən vurğulayıblar ki, Azərbaycan hökumətin 10 illik "Azərbaycan 2030: Milli Sosial-İqtisadi İnkişaf” inkişaf strategiyasına uyğun olaraq dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına, inklüziv cəmiyyətin qurulmasına, insan kapitalının təkmilləşdirilməsinə, "yaşıl” inkişafa doğru irəliləməyə və infrastrukturun təkmilləşdirilməsinə sadiqdir.

"İndi hökumət xarici borcları azaltmaq niyyətindədir və innovasiyalar və yüksək texnologiyalar üçün xarici borclanma imkanlarını nəzərdən keçirir. AİB bu cür layihələrin seçmə kreditləşməsinə şərait yaratmaq üçün hökumətlə sıx əməkdaşlıq edir. Layihələrdə gender bərabərliyi tədbirlərinin təkmilləşdirilməsi, icraçı müəssiələrin idarəetmə və institusional potensialının gücləndirilməsi, eləcə də investisiyaların maliyyə dayanıqlığının təşviqi əsas istiqamətlərdir”, - bülletendə qeyd olunur.

Bu günə qədər AİB Azərbaycana dövlət sektoruna 67 kredit və ümumi məbləği 3,7 milyard ABŞ dolları olan texniki yardım və qrant təqdim edib. Azərbaycana kredit ödənişlərinin ümumi məbləği 3,96 milyard ABŞ dolları təşkil edir. Onlar müntəzəm və güzəştli adi kapital resursları hesabına maliyyələşdirilirdi. AİB-nin Azərbaycandakı cari suveren portfelinə 565,2 milyon ABŞ dolları məbləğində 1 kredit və 1 suveren zəmanət daxildir.

31 dekabr 2022-ci il tarixinə AİB-nin Azərbaycandakı qeyri-suveren əməliyyatları üzrə cəmi ödənilməmiş kreditlər və ödənilməmiş öhdəliklər 34,7 milyon ABŞ dolları təşkil edir ki, bu da AİB-nin ümumi özəl sektor portfelinin 0,27%-ni təşkil edir. 2004-cü ildən bəri 8 investisiya layihəsi üzrə qeyri-suveren birgə maliyyələşdirmənin ümumi məbləği 1,22 milyard ABŞ dolları təşkil edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb
İqtisadiyyat 10:45
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb

Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:44
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neft yenidən ucuzlaşır
İqtisadiyyat 09:40
Dünya bazarlarında neft yenidən ucuzlaşır
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
İqtisadiyyat 09:28
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
İqtisadiyyat 14:41
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
İqtisadiyyat 14:30
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
THY və digər hava yollarına biletlər də DigiTravel-ləABB mobile tətbiqində!
İqtisadiyyat 12:26
THY və digər hava yollarına biletlər də DigiTravel-ləABB mobile tətbiqində!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol