• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın valyuta ehtiyatları xarici borcunu 10 dəfə üstələyir

Azərbaycanın valyuta ehtiyatları xarici borcunu 10 dəfə üstələyir
10.05.2023 15:37
Hazrda  Azərbaycanın valyuta ehtiyatları 65 milyard dollar, xarici borcu isə 6 milyard dolları təşkil edir. Bunu Prezident İlham Əliyev bildirib.

"Son 20 ildə Azərbaycan  iqtisadiyyatı  üç dəfə artıb. Bu gün Azərbaycanın valyuta ehtiyatları 65 milyard dollara çatıb, ölkənin xarici borcu isə 6 milyard dollardan bir qədər artıqdır. Beləliklə, ölkənin valyuta ehtiyatları xarici borcunu təxminən 10 dəfə üstələyir”, -  Əliyev çərşənbə günü xalqa müraciətində bildirib.

Dövlət başçısı onu da vurğulayıb ki, Azərbaycanın xarici borcu ÜDM-in cəmi 9-10 faizini təşkil edir.

"Bütün bunlar onu göstərir ki, biz hamıdan müstəqilik. Biz heç kimin işinə qarışmırıq, lakin öz işimizə qarışmağa icazə verməmişik və verməyəcəyik. Həm siyasi, həm də iqtisadi məsələlərdə tam sərbəstik”, - Əliyev əlavə edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi ucuzlaşıb
İqtisadiyyat 09:10
Azərbaycan nefti cüzi ucuzlaşıb
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol