• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Prokurorluqda Avropa Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Baş Prokurorluqda Avropa Şurasının nümayəndə heyəti ilə görüş keçirilib
22.05.2023 19:07
Mayın 22-də ölkəmizdə səfərdə olan Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Xristos Ciakomopoulos və Siyasi Məsələlər və Xarici Münasibətlər üzrə Direktoratlığının rəhbəri Papa Miroslav ilə Baş prokurorun birinci müavini Elçin Məmmədov arasında görüş keçirilib.

Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
 
Qonaqları salamlayan Elçin Məmmədov Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər barədə ətraflı məlumat verib.

Daha sonra, birinci müavin Azərbaycan Prokurorluğu tərəfindən beynəlxalq və regional təşkilatlarla, həmçinin digər ölkələrin prokurorluq və anti-korrupsiya qurumları ilə səmərəli əməkdaşlığın davam etdirdiyini, "Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində nəzərdə tutulan tədbirlərin müvəffəqiyyətlə icra olunduğunu, eləcə də prokurorluq əməkdaşlarının həmin tədbirlərdə aktiv rol aldığını qeyd edərək, Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq layihəsi çərçivəsində təşkil olunan tədbirlərin, xüsusilə korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsinə müsbət təsirini vurğulayıb.

Qəbula görə təşəkkürünü ifadə edən Xristos Ciakomopoulos, Azərbaycan ilə Avropa Şurası arasında hər zaman etimad və qarşılıqlı hörmətə əsaslanan yüksək münasibətlərin olduğunu bildirərək, son illər ərzində korrupsiya ilə mübarizə sahəsində keçirilən islahatların səmərəliyindən və bu istiqamətdə atılacaq addımların əhəmiyyətindən bəhs edib.

Görüş zamanı cinayət yolu ilə əldə edilmiş aktivlərin bərpası, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) hesabatı, Avropa Şurası tərəfindən maliyyələşən nifrət cinayətlərinə qarşı mübarizə sahəsində baş tutacaq layihələrdə prokurorluq əməkdaşlarının iştirakı və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin, Azərbaycanın Avropa Şurasında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Zix iştirak edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
NazirTürkmənistana rəsmi səfərə gedib
Siyasət 11:12
NazirTürkmənistana rəsmi səfərə gedib
İtkinlər məsələsidepolitizasiya edilməlidir -Çavuşoğlu
Siyasət 11:00
İtkinlər məsələsidepolitizasiya edilməlidir -Çavuşoğlu
Dünyada itkinlərin sayı artır — ICMP
Siyasət 10:41
Dünyada itkinlərin sayı artır — ICMP
Azərbaycanda şəxsiyyəti müəyyənləşdirilən 273 itkinin qalıqları ailələrinə təhvil verilib
Siyasət 10:16
Azərbaycanda şəxsiyyəti müəyyənləşdirilən 273 itkinin qalıqları ailələrinə təhvil verilib
Azərbaycanda itkin düşmüş 913 nəfərə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanıb
Siyasət 10:12
Azərbaycanda itkin düşmüş 913 nəfərə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanıb
50 itkin erməninin DNT profili aşkarlanan qalıqlarla uyğun gəlməyib
Siyasət 10:07
50 itkin erməninin DNT profili aşkarlanan qalıqlarla uyğun gəlməyib
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Siyasət 19:36
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 18:30
Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Deputat: Məlumat verənləri sıxışdırıb işdən çıxara bilərlər
Siyasət 16:44
Deputat: Məlumat verənləri sıxışdırıb işdən çıxara bilərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol