Təhsillə bağlı qanunların icrası aşağı səviyyədədir - Millət vəkili
Təhsillə bağlı qanunların icrası çox aşağı səviyyədədir. Bunu millət vəkili Etibar Əliyev deyib.
"Bu barədə daha əvvəllərdə demişəm. Qaydalar, normativlər əvəzinə qanunlarla işləmək lazımdır. Elm və Təhsil Nazirliyi təhsil sahəsində olan qanunların icrasına maraqlı olmalıdır. Qanunların icrası çox aşağı səviyyədədir", - deputat mayın 24-də Milli Məclisin Elm və Təhsil komitəsinin iclasında "Təhsil haqqında” qanunun müzakirəsində çıxışında deyib.
Etibar Əliyev həmçinin 2022-ci il məktəbləri qırmızı atestatla bitirən bir qisim şagirdlərin imtahan nəticələrinin 0-200 bal arasında olduğunu deyib.
"Gəncədə atestat qiymətləri əla olan şagirdlərin 16%-i 0-200 bal toplayıb. 500-dən çox nəticə göstərənlər isə 26% olub. Gədəbəydə 15,34%, Goranboyda 23,5%, İmişlidə 18%, Qazaxda 12%, Lerikdə 29%, Lənkəranda 9%, Salyanda 13%. Sumqayıtda isə bu göstərici 5,6%-dir", - millət vəkili qeyd edib.
O, söyləyib ki, bir neçə istedlının xaricdə təhsil alması və olimpiyadalarda yer alması ümumi təhsilin uğuru kimi yazmaq doğru deyil.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəmiyyət
15:51
Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib
Cəmiyyət
13:50
Milli Məclisin komissiyası Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası barədə açıqlama yayıb
Cəmiyyət
13:08
Əmək bazarına hazırlıq indeksi ilin sonunadək 10 universitetdə tətbiq olunacaq - agentlik sədri
Son xəbərlər
Cəmiyyət
15:51
Cəmiyyət
13:50
Cəmiyyət
13:08
Cəmiyyət
12:36
İqtisadiyyat
11:43
İqtisadiyyat
11:34