• $
  • €
  • ₽
  • ₺
  • £

Kurmanbek Bakiyev qiyabi 10 il azadlıqdan məhrum edilib

Kurmanbek Bakiyev qiyabi 10 il azadlıqdan məhrum edilib
11.06.2023 14:33
Kumtor qızıl mədəni ilə bağlı korrupsiyada ittiham olunan Qırğız Respublikasının sabiq prezidenti Kurmanbek Bakiyev (2005-2010-cu illər) Bişkekin Pervomaysk rayon məhkəməsi tərəfindən 10 il qiyabi azadlıqdan məhrum edilib.

Bu barədə Qırğız Ali Məhkəməsi məlumat yayıb.

Əmlakı müsadirə olunmaqla və 3 il dövlət vəzifəsi tutmaq hüququndan məhrum olunmaqla, Kurmanbek Bakiyev 10 il qiyabi azadlıqdan məhrum olunub.

Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyev isə əmlakı müsadirə olunmaqla 13 il azadlıqdan məhrum olunub.

Kurmanbek Bakiyev 2010-cu ilin aprelində dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb və təhlükəsizliyi ilə əlaqədar ölkəni tərk edib, hazırda Belarusda yaşayır.

Rəsmi Bişkek ölkəsində qiyabi olaraq 30 il azadlıqdan məhrum edilən Kurmanbek Bakiyevin ekstradisiyasını dəfələrlə Minskdən tələb edib, ancaq rədd cavabı alıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol