• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Ərdoğanla taxıl müqaviləsi üzrə danışıqlardan imtina edib

Putin Ərdoğanla taxıl müqaviləsi üzrə danışıqlardan imtina edib
28.07.2023 22:40
Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın taxıl müqaviləsinin bərpasını müzakirə etmək xahişlərinə məhəl qoymayıb.

Bu barədə "The Wall Street Journal” diplomatik mənbələrə istinadən yazıb.

Onların sözlərinə görə, Türkiyə liderinin təkid etdiyi telefon danışığı hələ baş tutmayıb. Türkiyə rəsmiləri digər kanallar vasitəsilə dialoqa təkan verməkdə davam edir.

Türkiyənin Moskvadakı səfirliyində çalışmış keçmiş yüksək səviyyəli diplomat  Gülru Gezer deyib ki, o, "Putin Ərdoğana əvvəlki qədər güvəndiyinə” inanmır. Onun fikrincə, Rusiya tərəfi və xüsusən də Kreml Türkiyə prezidentinin "düşüncə tərzini şübhə altına alır”. Gezer Rusiya liderinin "zənglərə (xarici dövlət başçılarından) cavab verməməsini” də qeyri-adi adlandırıb.

Bundan əvvəl Ərdoğan bu məsələni Putinlə ətraflı müzakirə edəcəyinə və taxıl müqaviləsinin davam etdirilməsini təmin etməyə ümid etdiyini bildirib .

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol