Qaxda 36 yaşlı kişini ilan sancıb
Qaxda 36 yaşlı kişini fındıq yığarkən ilan sancıb.
Hadisə bu gün səhər saatlarında rayonun Əmbərçay kəndində baş verib.
Kənd sakini, 1987-ci il təvəllüdlü Nəbi Abdullayev bağda fındıq yığarkən ilan qəfildən onun ayağını sancıb. 36 yaşlı N. Abdullayev Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, ilan zəhəri əleyhinə zərdab vurulub.
www.anews.az