• $
  • €
  • ₽
  • ₺
  • £

Peşəkar mühasib sertifikatı almaq istəyənlər imtahan veriblər

Peşəkar mühasib sertifikatı almaq istəyənlər imtahan veriblər
12.11.2023 18:29
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 12 noyabr 2023-cü il tarixində peşəkar mühasib sertifikatı imtahanının birinci mərhələsi (mühasibat uçotu üzrә) keçirilib.

Bu barədə DİM-dən bildirilib.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda və Naxçıvan şəhərlərində ümumilikdə yeddi binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün yeddi ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 138 nəzarətçi müəllim, 20 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.

İmtahan üç saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır.
 
İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si bir balla, 10-u iki balla, açıq tipli tapşırıqların səkkizi beş balla, ikisi 10 balla qiymətləndirilir.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın dörd həftə ərzində elan olunacaq.

İmtahanın II mərhələsi (qanunvericilik üzrə) noyabrın 26-da keçiriləcək və prosesdə iştirak etmək üçün qeydiyyat noyabrın 14-dək davam edəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kürdəmirdə 50 yaşlı kişini qatar vuraraq öldürüb
Cəmiyyət 10:00
Kürdəmirdə 50 yaşlı kişini qatar vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib
Cəmiyyət 09:13
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:48
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Cəmiyyət 18:19
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycanda quş əti və yumurta istehsalı artıb
Cəmiyyət 17:10
Azərbaycanda quş əti və yumurta istehsalı artıb
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Cəmiyyət 14:57
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb
Cəmiyyət 14:09
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb
Bakıda keçirilən NATO təlimi başa çatıb
Cəmiyyət 13:43
Bakıda keçirilən NATO təlimi başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol