• $
  • €
  • ₽
  • ₺
  • £

ESI riskləri maliyyə sektoruna təsirsiz ötüşməyəcək - AMB rəsmisi

ESI riskləri maliyyə sektoruna təsirsiz ötüşməyəcək - AMB rəsmisi
15.11.2023 16:01
ESI riskləri maliyyə sektoruna təsirsiz ötüşməyəcək. Bunu Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyev deyib. 

"Enerji riskləri, iqtisadi sektorlarda istehsal xərcləri, ekoloji təmiz fəaliyyətlər fonunda yaradılan ayrı-ayrı xərclər baxımından, ödəmə qabiliyyəti riskləri var. Habelə, kəskin təbiət hadisələri fonunda üzləşəcək risklər baxımındam biznes maliyyələrinə təsir edəcək. Dünya Bankının hesablamalarına görə, Azərbaycan bank sektorunun qızdırılması tempinin təqribən 55%-i iqlim dəyişikliyi üzrə təmərküzləşib. Cari ildə keçirilən sorğuda 52 maliyyə institu iştirak edib. Bu sorğu institutların 95-ni əhatə edib. Sorğunun  məqsədi Maliyyə institutları tərəfindən ESI riskləri, Dayanıqlı İnkişaf baxımından tədbirlər barədə məlumatların əldə olunmasıdır. Maliyyə sektoru nümayəndələrinin böyük əksəriyyəti risklərin əhəmiyyətini başa düşür və vurğulayır. Risklərin qısa müddətli dövrdə reallaşacağını gözləmirlər, lakin orta və uzunmüddətli dövrdə bu risklərin reallaşacağını bildiriblər", - o, noyabrın 15-də Dayanıqlı maliyyə və investisiya mövzusunda ll Bakı Forumunda vurğulayıb. 

Onun sözlərinə görə, bank sektoruna baxdıqda ölkədə fəaliyyət göstərən bankların cəmi 10-dan azında strategiyalarında Müşahidə Şurası tərəfindən qəbul edilən ESI risklərinin əhatə olunmasına geniş yer ayrılıb, digərlərində isə yalnız planlaşdırılma mərhələsindədir.
 
Aygün Mirakif
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb


Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:14
Dünya bazarlarında neft ucuzlaşıb
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol