• $
  • €
  • ₽
  • ₺
  • £

Kürdəmir toyunda zəhərlənənlərin sayı 91-ə çatıb - Yenilənib

Kürdəmir toyunda zəhərlənənlərin sayı 91-ə çatıb - Yenilənib
01.10.2026 11:28

 

Baş Prokurorluq kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır. Bu barədə qurumdan bildirilib. 

"Sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 92 nəfərin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub",- açıqlamada deyilir. 

 

10:18

Kürdəmir rayonunda toy mərasimində zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin sayı 91 nəfərə çatıb. Bu barədə TƏBİB məlumat yayıb. 

Bildirilib ki, sentyabrın 30-u saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Hadisə şəhər ərazisində yerləşən “Günəş” restoranında keçirilən toy mərasimində baş verib. İlkin məlumatda zəhərlənənlərin sayının 13 olduğu bildirilsə də, sonrakı saatlarda xəstəxanaya müraciət edənlərin sayı artıb. Onların arasında azyaşlıların da olduğu bildirilib.

Hadisə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları əraziyə cəlb olunub və müvafiq yoxlamalar aparılır.

Faktla bağlı araşdırma davam etdirilir.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət büdcəsinin gəlirləri proqnozu 787,7 milyon manat üstələyib
Cəmiyyət 10:49
Dövlət büdcəsinin gəlirləri proqnozu 787,7 milyon manat üstələyib
Azərbaycanda bir gündə 52 cinayət qeydə alınıb
Cəmiyyət 10:25
Azərbaycanda bir gündə 52 cinayət qeydə alınıb
“Azeri Light” neftinin qiyməti 133,23 dollara yüksəlib
Cəmiyyət 09:54
“Azeri Light” neftinin qiyməti 133,23 dollara yüksəlib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:50
Bu ərazilərdə işıq olmayacaq
Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub
Cəmiyyət 22:39
Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub
Göygöldə 48 yaşlı kişinin meyiti tapılıb
Cəmiyyət 20:56
Göygöldə 48 yaşlı kişinin meyiti tapılıb
Cəbrayılda bir gündə ikinci mina partlayışı baş verib
Cəmiyyət 20:16
Cəbrayılda bir gündə ikinci mina partlayışı baş verib
Cəbrayılda mina partlayışında xəsarət alan şəxsin vəziyyəti ağırdır - Yenilənib
Cəmiyyət 18:30
Cəbrayılda mina partlayışında xəsarət alan şəxsin vəziyyəti ağırdır - Yenilənib
Sabah leysan olacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 18:03
Sabah leysan olacaq - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol