• $
  • €
  • ₽
  • ₺
  • £

Oktyabrda gündəlik 603 min barel neft hasilatı olub

Oktyabrda gündəlik 603 min barel neft hasilatı olub
16.11.2023 14:53
Oktyabrda gündəlik neft hasilatı 603 min barrel olub. Bu barədə Energetika Nazirliyindən bildirilib. 
 
Hasil olunan neftin 489 min barelini xam neft, 114 min barelini kondensat təşkil edib.

Bundan əvvəl, "S&P Global Commodity Insights” şirkəti Azərbaycanın gündəlik neft hasilatının 194 min barrel gerilədiyini açıqlayıb. 
 
Sentyabrda gündəlik neft hasilatı  607 min barrel olub
 
Azərbaycan "OPEC plus” razılaşmasının 2016-ci ildən iştirakçısıdır.
 
Neft İxrac Edən Ölkələr Təşkilatı və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub.

Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (19751994), Anqola (2007) və Ekvatorial Qvineya (2017) qoşulub.

Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Hazırda OPEC-in 13 üzvü var. (Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela).

Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla "OPEC plus” formatında sıx əməkdaşlıq edir. "OPEC plus” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb


Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:14
Dünya bazarlarında neft ucuzlaşıb
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol