• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il Almaniya Ukraynaya bu qədər vəsait ayıracaq

Bu il Almaniya Ukraynaya bu qədər vəsait ayıracaq
17.01.2024 11:59
Almaniya 2024-cü ildə Ukraynaya 7 milyard avroluq hərbi yardım göndərəcək. Bu barədə Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Co Baydenlə telefon danışığından sonra bildirib.
 
"Prezident Bayden və mən razılaşdıq. Biz Ukraynaya maliyyə, humanitar və hərbi dəstək verməyə davam etmək istəyirik. Bu gün mən ABŞ prezidenti ilə telefonla danışdım. Almaniya 2024-cü ildə hərbi mallar üçün 7 milyard avrodan çox vəsait ayıracaq", - Şolts deyib.
 
ABŞ 2022-ci il fevralın 24-dən, Yəni Rusiya-Ukrayna müharibəsi başlayandan,  indiyə kimi Ukraynaya 40 milyard dollardan çox hərbi yardım edib. Bu barədə  Pentaqon rəhbəri Lloyd Ostin İndoneziyada keçirdiyi mətbuat konfransında  bildirib. 
 
2023-cü ilin avqustunda Dünya İqtisadiyyatı üzrə Kiel İnstitutunun hesabatına görə, Kiyevə ən çox hərbi yardım göstərmiş ölkələr sırasında Amerika Birləşmiş Ştatları (ABŞ) birinci sırada olub. Bu barədə BBC məlumat yayıb.
 
Statistikaya görə, ABŞ 46,6 milyard dollar dəyərində hərbi yardımlar edib.

Yardım sırasına ABŞ – 46,6 milyard dollar, Almaniya – 18,9 milyard dollar, Böyük Britaniya – 7,3 milyard dollar, Norveç – 4,1 milyard dollar, Danimarka - 3,9 , milyard dollar, Polşa - 3,3 milyard dollar , Niderland – 2,7 milyard dollar, Kanada – 1,8 milyard dollar, İsveç – 1,6 milyard dollar, Finlandiya – 1,4 milyard dollar olub.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Dünya 13:30
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
Dünya 09:27
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Dünya 23:46
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol