• $
  • €
  • ₽
  • ₺
  • £

İmran Xan və həyat yoldaşı 14 il müddətinə həbs olunub

İmran Xan və həyat yoldaşı 14 il müddətinə həbs olunub
31.01.2024 10:37
Pakistanın keçmiş baş naziri, müxalif Ədalət Hərəkatı (JM) partiyasının lideri İmran Xan və onun həyat yoldaşı Büşra Bibini 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Gazete.ru Dawn qəzetinə istinadən xəbər verib. 

Xəbərə görə, cütlük korrupsiya ilə ittiham olunub.

Pakistan məhkəməsi həbs müddəti ilə yanaşı, onları 10 il müddətinə hər hansı dövlət vəzifəsində işləmək hüququndan məhrum edib.
 
Məhkəmə həmçinin hər bir şəxsi 787 milyon rupi (850 milyon rubldan çox) cərimələyib.

Bu, İmran Xanın iki gündə ikinci məhkumluğudur.
 
Belə ki, yanvarın 30-da İmran Xan və Pakistanın keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi dövlət sirrini açıqlamaq ittihamı ilə on il müddətinə azadlıqdan məhrum ediliblər.

Nəşrin məlumatına görə, məhkumlar "Rəsmi sirr haqqında” qanunu pozublar.
 
Məhkəmə müəyyən edib ki, onlar Pakistanın Vaşinqtondakı səfirliyi tərəfindən 2023-cü ilin martında yazılmış gizli diplomatik məktubun məzmununu ifşa ediblər.

Pakistan mediası İmran Xanın 2022-ci ilin aprelində baş nazir postundan uzaqlaşdırıldığını qeyd edib. O vaxtdan indiyədək ona qarşı 150-dən çox iş qeydə alınıb.

Bundan əvvəl Nyu-York məhkəməsi yazıçı Elizabeth Carrolla təzyiq və böhtana görə ABŞ-ın keçmiş prezidenti Donald Trampdan 83,3 milyon dollar təzminat ödəyib.
 
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Dünya 13:30
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
Dünya 09:27
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Dünya 23:46
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol