• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika və SİF-in təşkilatçılığı ilə sahibkarların Şərqi Zəngəzura səfəri baş tutub

Bank Respublika və SİF-in təşkilatçılığı ilə sahibkarların Şərqi Zəngəzura səfəri baş tutub
27.02.2024 12:20
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) və ölkənin aparıcı banklarından biri olan "Bank Respublika”nın təşkilatçılığı ilə ilk dəfə olaraq sahibkarların Şərqi Zəngəzur iqtisadi rayonuna səfəri baş tutub.

Səfərdə İqtisadiyyat Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Sahibkarlığın İnkişafı Fondunun, "Bank Respublika”nın nümayəndələri eləcə də işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməyi hədəfləyən sahibkarlar və müəssisə rəhbərləri iştirak ediblər.

Səfər çərçivəsində Zəngilan Konqres Mərkəzində sahibkarlar üçün "Zəngilan və Cəbrayıl rayonlarında yaradılan investisiya imkankları” mövzusunda tədbir keçirilib. Tədbirdə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev,  "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və digər şəxslər çıxış edərək sahibkarlar və investorlar üçün yaradılan yeni imkanlardan, eləcə də işğaldan azad edilmiş ərazilərdə investisiya layihəsi həyata keçirmək istəyən sahibkarlıq subyektlərinə tətbiq olunan güzəştlər barədə ətraflı məlumat veriblər.

Tədbirdə SİF-in ”İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi təqdim edilib. Bildirilib ki, mexanizm çərçivəsində bu ərazilərdə fəaliyyət göstərən sahibkarların məbləği 5 milyon manatadək,  müddəti 7 ilədək,  illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kredit müddətinin yarısından çox olmamaq şərti ilə, 36 aya qədər güzəşt müddəti tətbiq edildiyi diqqətə çatdırılıb.

Səfər zamanı nümayəndə heyəti həmçinin, Zəngilan Beynəlxalq Hava Limanı, Ağalı kəndi və "Araz Vadisi İqtisadi Zonası”nı ziyarət edərək qısa zaman müddətində Şərqi Zəngəzur iqtisadi rayonunda görülən böyük quruculuq işləri və böyük infrastruktur layihələri ilə də tanış olublar.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol