• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal rayonunun idman ictimaiyyəti Bədən tərbiyəsi və idman gününü qeyd etdi

Yasamal rayonunun idman ictimaiyyəti Bədən tərbiyəsi və idman gününü qeyd etdi
05.03.2024 10:05
Bu gün Yasamal Rayon İcra Hakimiyyətində 5 mart-Bədən tərbiyəsi və idman günü münasibəti ilə idman ictimaiyyəti nümayəndələrinin rayon toplantısı keçirildi.Тoplantını giriş sözü ilə açan Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayon üzrə Gənclər və İdman sektorunun müdri İlham Səfərov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 mart 2005-ci il tarixli sərəncamı ilə 5 mart tarixi «Bədən tərbiyəsi və idman günü» elan edilmişdir. İlham Səfərov qeyd etdi ki, dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar ölkə rəhbərliyinin idmana və idmançılara olan qayğısının bariz nümunəsidir.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, bədən tərbiyəsi və idman Azərbaycan dövləti üçün hər zaman ən mühüm sahələrdən birini təşkil edib. Dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycan son 20 ildə qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir.

Qeyd olundu ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman idmana, gənc nəslin təlim-tərbiyəsinə, vətənpərvər ruhda böyüməsinə xüsusi önəm veriblər. Çünki məhz gənclər dövləti və xalqı ağır, tarixi sınaqlardan çıxarırlar.Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə əbədi olaraq yazdılar.Onlar arasında idançılar da olub. Əsgərlərimizin cəsarəti sayəsində əldə olunan bu Zəfər sayəsində xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu!

Bildirildi ki, bu gün Yasamal rayonunda müxtəlif idman və bədən tərbiyəsi mərkəzləri fəaliyyət göstərir.Qeyd olundu ki, son bir neçə ildə Yasamal rayonundakı müxtəlif ünvanlarda İDEA İB-nin dəstəyi ilə Abad Həyətlər istifadəyə verilib və bundan sonra da yeni idman-asudə infrastrukturlarının istifadəyə verilməsi prioritet olacaq.Daha sonra çıxış edən olimpiya çempionu, MOK-un vitse-prezidenti Zemfira Meftahətdinova, Qarabağ FK-nın baş məşqçisi Qurban Qurbanov və digər natiqlər Azərbaycan idmanının uğurları və qarşıda duran məqsədlər barədə danışdılar.Sonra "Mübariz” futbol akademiyasının üzvü Əlabbas Axundzadə tərəfindən hazırlanmış  futbol stadionunun maketi Qurban Qurbanova təqdim edildi.Tədbirin sonunda bir qrup idman ictimaiyyəti nümayəndəsi əldə etdikləri yüksək nəticələrə görə fəxri fərmanlarla mükafatlandırıldılar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Cəmiyyət 15:40
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
Cəmiyyət 15:09
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib
Cəmiyyət 12:29
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib

Sabah 32 dərəcəisti olacaq
Cəmiyyət 12:27
Sabah 32 dərəcəisti olacaq
Özbəkistanın Azərbaycan üzərindən yükdaşımaları 30% artıb - nazir
Cəmiyyət 11:48
Özbəkistanın Azərbaycan üzərindən yükdaşımaları 30% artıb - nazir


Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülüb
Cəmiyyət 11:07
Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülüb
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov
Cəmiyyət 09:57
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol