Prezident- Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var
Azərbaycan Avrasiya İqtisadi Birliyin bəzi tədbirlərinə Prezident və Baş nazir səviyyəsində dəvət edilib. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Avrasiya İqtisadi Birliyin tədbirlərində bir dəfə fəxri qonaq kimi iştirak etdiyini xatırladan dövlət başçısı vurğulayıb: "Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv bütün ölkələrlə Azərbaycanın çox sıx tərəfdaşlıq münasibətləri var”,- Prezident aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəmiyyət
12:58
Azərbaycanda buğda və arpa toxumuna illik tələbatın yalnız 44%-i sertifikatlaşdırılmış toxumla ödənilir
Cəmiyyət
12:42
Azərbaycanda balıq ovu və məhsul dövriyyəsinə elektron nəzarət sistemi tətbiq ediləcək