• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi

“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23.04.2024 16:01
Sərfəli təklifləri və sosial layihələri ilə seçilən "Nar” 23 Aprel Ümumdünya Kitab Günü münasibətilə Elm və Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Füzulidə yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin kitabxanasına yeni kitablar hədiyyə etdi.

Kitabların təqdimatında "Nar”ın təmsilçiləri, layihənin tərəfdaşı olan Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin nümayəndələri və Mirzə Uluqbəy adına məktəbin müəllim və şagird heyəti iştirak edib.

Hədiyyə edilən kitablar məzmunca həm ibtidai və orta sinif şagirdləri, həm də yuxarı sinif şagirdləri üçün nəzərdə tutulub. Eləcə də, müxtəlif ensiklopediyalar, lüğətlər və Zəfər tariximizdən bəhs edən kitablarla zənginləşdirilən bu kitabxana Füzuli şəhərinin sakinləri üçün də açıqdır.

Qeyd edək ki, müştərilərinə sərfəli qiymətə mobil rabitə imkanları təqdim edən "Nar” özünün davamlı sosial layihələri ilə cəmiyyətin inkişafına töhfə verir. Bu layihələrin əsas istiqaməti Azərbaycanın bölgələri, o cümlədən, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarıdır.

"Nar”ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ünvanlı sosial yardımın adambaşına düşən məbləği 11% azalıb - rəsmi
İqtisadiyyat 15:40
Ünvanlı sosial yardımın adambaşına düşən məbləği 11% azalıb - rəsmi
Доходы сводного бюджета достигли 36,7 млрд
İqtisadiyyat 12:45
Доходы сводного бюджета достигли 36,7 млрд

Azərbaycanın xarici dövlət borcu azalıb
İqtisadiyyat 11:25
Azərbaycanın xarici dövlət borcu azalıb
Əhalinin nominal gəlirləri 72,7 milyard manata çatıb
İqtisadiyyat 11:19
Əhalinin nominal gəlirləri 72,7 milyard manata çatıb
Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyüb
İqtisadiyyat 11:05
Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:25
Avro və rubl bahalaşıb - məzənnə
AYB üzvlük haqqını ödəməyənlərlə bağlı xəbərdarlıq edib
İqtisadiyyat 15:55
AYB üzvlük haqqını ödəməyənlərlə bağlı xəbərdarlıq edib
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!
İqtisadiyyat 12:47
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!
Azərbaycan rifah göstəricisinə görə 133 ölkə arasında 57-ci yerdədir
İqtisadiyyat 11:52
Azərbaycan rifah göstəricisinə görə 133 ölkə arasında 57-ci yerdədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol