• $
  • £

BP indiyədək Azərbaycana $85 milyard investisiya qoyub

BP indiyədək Azərbaycana $85 milyard  investisiya qoyub
03.05.2024 14:43
Xəzər dənizinin  Azərbaycan akvatoriyasında bir sıra iri layihələrin operatoru olan BP-nin və onun Azərbaycandakı layihələrdəki tərəfdaşları indiyə kimi ölkə iqtisadiyyatına  85 milyard dollar investisiya qoyub. Bunu BP-Azərbaycan şirkətinin XƏzər regionu üzrə  vitse prezidenti Bəxtiyar Aslanbəyli bildirib
 
Onun sözlərinə görə, 1994-cü ildən bəri  "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard bareldən çox neft hasil edilib.
 
İndiyədək Azərbaycan hökumətinə təmənnasız olaraq 50 milyard kubmetrə yaxın səmt qazı verilib.
 
"Şahdəniz” yatağı işlənməyə başlayandan bu günə qədər 200 milyard kubmetrdən çox təbii qaz hasil edilib.
 
Bu gün BP Bakı Mühəndislik Universitetində ölkə üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) və kibertəhlükəsizlik sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək məqsədilə yeni laboratoriya açıb.

Laboratoriya  30 ədəd müasir və innovativ İKT avadanlığı və proqram təminatı ilə təchiz olunub.

Hər il laboratoriyadan 1000-ə yaxın müəllim və tələbə istifadə edə biləcək.
 
Bəxtiyar Aslanbəyli bildirib ki, Mühəndislik Universiteti üçün İKT və kibertəhlükəsizlik bacarıqları və ümumilikdə digər mühəndislik qabiliyyətləri üzrə təlim və tədrisin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək.
 
"İKT-nin gündəlik həyatımızda nə dərəcədə əhəmiyyətli olduğunu söyləməyə gərək yoxdur. Buna görə də kibertəhlükəsizlik, məlumat analitikası, şəbəkələrin idarə edilməsi, proqram təminatının işlənib hazırlanması və digər əlaqəli sahələri əhatə edən bacarıqların inkişaf etdirilməsi geniş karyera imkanlarına qapı aça bilər. Daha geniş mənada isə İKT çox böyük iqtisadi əhəmiyyət daşıyır, çünki o, elektron ticarət, elektron idarəetmə, bankçılıq və nəqliyyatdan tutmuş kənd təsərrüfatı, təhsil və tibbə qədər demək olar ki, hər sahədə istifadə olunur. Gündəlik həyatımızı İKT xidmətləri və tətbiqləri olmadan təsəvvür etmək mümkün deyil. Ölkənin İKT imkanları və mütəxəssis bacarıqları nə qədər güclü olarsa, onun informasiya sistemləri bir o qədər təhlükəsiz olar. Ümid edirik ki, layihəmiz ölkənin onlayn təhlükəsizliyini təmin etmək üçün lazımi bacarıqların inkişaf etdirilməsi səylərinə töhfə verəcək”, -  Aslanbəyli bildirib. 

Layihənin icrasına  2023-cü ilin mayında başlanılıb. 

Layihənin ümumi dəyəri təqribən 403 000 manat və ya 237 000 ABŞ dollarıdır.

 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
İqtisadiyyat 11:15
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
İqtisadiyyat 20:43
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:09
Azərbaycan nefti bahalaşıb
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
İqtisadiyyat 10:53
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
İqtisadiyyat 21:58
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
İqtisadiyyat 16:19
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
İqtisadiyyat 13:10
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
İqtisadiyyat 12:49
Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol