• $
  • £

Prezident İrana başsağlığı verib

Prezident İrana başsağlığı verib
20.05.2024 10:18
Prezident İlham Əliyev helikopter qəzasında həlak olan İran Prezidenti Seyid İbrahim Rəisinin ölmü ilə əlaqədar baş sağlığı verib. Bu barədə Prezidentin rəsmi saytında məlumat qeyd olunub. 
 

"Möhtərəm Ayətullah Xameneyi həzrətləri,

Dost və qardaş İran İslam Respublikasına və xalqına üz vermiş ağır itki - İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması xəbəri bizi olduqca sarsıtdı.

Prezident Seyid İbrahim Rəisinin simasında İran xalqı bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimini itirdi. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Bu hüznlü gündə Uca Allahdan dost və qardaş İran xalqına səbir və dözüm diləyir, kədərinə şərik olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!", - başsağlığında qeyd olunub. 
 
İran Prezidenti İbrahim Rəisi və Xarici İşlər Nazirinin olduğu helikopter mayın 19-da Şərqi Azərbaycan vilayətində qəza keçirib. Qəza nəticəsində helikopterdə olan hər kəsin öldüyü bildirilir. 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın kürəkəni Moskvaya gedəcək
Siyasət 21:18
Trampın kürəkəni Moskvaya gedəcək
İlham Əliyev Trampa məktub göndərdi
Siyasət 21:00
İlham Əliyev Trampa məktub göndərdi
Əliyevlə Donald Tramp arasında telefon danışığı olub
Siyasət 20:36
Əliyevlə Donald Tramp arasında telefon danışığı olub
ABŞ-nin dövlət katibindən Azərbaycanla bağlı AÇIQLAMA
Siyasət 20:13
ABŞ-nin dövlət katibindən Azərbaycanla bağlı AÇIQLAMA
Hikmət Hacıyev: Əliyev müharibəni də, sülhü də qazandı
Siyasət 15:00
Hikmət Hacıyev: Əliyev müharibəni də, sülhü də qazandı
Fransa XİN: Azərbaycan və Ermənistan bir il ərzində sülh yolunda qətiyyətli addımlar atıblar
Siyasət 13:52
Fransa XİN: Azərbaycan və Ermənistan bir il ərzində sülh yolunda qətiyyətli addımlar atıblar
Paşinyan Əliyevə zəng edib
Siyasət 12:43
Paşinyan Əliyevə zəng edib
Pakistan Prezidenti: Azərbaycan etibarlı qardaş ölkə və strateji tərəfdaşdır
Siyasət 09:53
Pakistan Prezidenti: Azərbaycan etibarlı qardaş ölkə və strateji tərəfdaşdır
Azərbaycan Gürcüstanın ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib
Siyasət 09:06
Azərbaycan Gürcüstanın ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol