• $
  • £

Şamaxıda Hava Şarları Festivalı davam edir - Video

Şamaxıda Hava Şarları Festivalı davam edir - Video
09.06.2024 11:43
Şamaxıda ötən gün başlayan Hava Şarları Festivalı (Balloon Festival) bu gün axşam saatlarınadək davam edəcək. 

Artıq ikinci ildir təşkil edilən festival çərçivəsində müxtəlif forma və dizaynda hava şarlarının Meysəri kəndi üzərində nümayiş uçuşu keçirilir.
Bu dəfə də izləyicilər hava şarlarının Şamaxı səmasındakı heyranedici uçuşunun şahidi olub. 

Şamaxı İcra Hakimiyyətinin dəstəyi ilə "EZONE” şirkəti tərəfindən təşkil olunan Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın təşkil olunduğu Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.   

Festival zamanı Meysəri kəndindəki "Şirvan Şərabları” kompleksi ərazisində konsert və əyləncə proqramı da təşkil olunur. Burada axşam saatlarına qədər kiçikdən böyüyədək müxtəlif əyləncələrə qatılıb, konsert proqramını izləmək olar.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah yağış gözlənilir - proqnoz
Cəmiyyət 12:36
Sabah yağış gözlənilir - proqnoz
İki gün ərzində 86 cinayətin açılması təmin edilib
Cəmiyyət 12:22
İki gün ərzində 86 cinayətin açılması təmin edilib
8 ayda işçilərə 517 min manatdan çox gecikdirilmiş ödəniş verilib
Cəmiyyət 12:17
8 ayda işçilərə 517 min manatdan çox gecikdirilmiş ödəniş verilib
Səhiyyə Nazirliyi kosmetik məhsul alarkən diqqətli olmağa çağırıb
Cəmiyyət 11:54
Səhiyyə Nazirliyi kosmetik məhsul alarkən diqqətli olmağa çağırıb
Azərbaycanda 600 kq və daha ağır iribuynuzlu heyvanlara subsidiya veriləcək
Cəmiyyət 11:08
Azərbaycanda 600 kq və daha ağır iribuynuzlu heyvanlara subsidiya veriləcək
Azərbaycan 2032-ci ildən iki yeni yaşıl enerji dəhlizini istifadəyə verməyi planlaşdırır - nazir
Cəmiyyət 11:04
Azərbaycan 2032-ci ildən iki yeni yaşıl enerji dəhlizini istifadəyə verməyi planlaşdırır - nazir
Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib
Cəmiyyət 11:01
Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib
Azərbaycanda xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək
Cəmiyyət 10:46
Azərbaycanda xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək

Bəzi rayonlarda yağış yağır -FAKTİKİ HAVA
Cəmiyyət 10:34
Bəzi rayonlarda yağış yağır -FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol