• $
  • €
  • ₽
  • ₺
  • £

Rüfət Hacıyevin məhkəməsi başlayıb

Rüfət Hacıyevin məhkəməsi başlayıb
06.07.2024 10:34
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev və Hesablama Palatasının əməkdaşı İntiqam Hacıyevin məhkəməsi başlayıb.

"Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, hüquqları izah edilib.

Təqsirləndirilən şəxslərdən Rüfət Hacıyev həbsdədir, İntiqam Hacıyev isə sərbəst mühakimə edilir.

İlk iclasda Rüfət Hacıyevin də ev dustalqlığına buraxılması istənilib. Müdafiə tərəfi şəxsin bəlli bir yaşayış yerinin mövcudluğunu, istintaqdan yayınma fikrində olmadığını vəsatətin təmin edilməsinə əsaslar kimi göstərib.

Nurəddin Hüseynlinin sədrlik etdiyi məhkəmə heyəti isə əks fikirdə olub.Vəsatət rədd edilib.

Tərəflərin razılığı ilə cinayət işi məhkəmə baxışına verilib. Hakimlər əmək məzuniyyətinə çıxdığına görə, növbəti iclas 3 ay sonraya təyin edilib.

Təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər. Rüfət Hacıyev külli miqdarda rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda, İntiqam Hacıyev isə rüşvət alınmasına vasitəçilikdə ittiham olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Cəmiyyət 10:36
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Cəmiyyət 08:50
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Cəmiyyət 18:03
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Cəmiyyət 15:13
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:13
Sabahın hava proqnozu açıqlanıb
Yol polisi sürücüləri yağışlı və dumanlı hava şəraitində ehtiyatlı olmağa çağırıb
Cəmiyyət 11:55
Yol polisi sürücüləri yağışlı və dumanlı hava şəraitində ehtiyatlı olmağa çağırıb
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Cəmiyyət 11:40
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Cəmiyyət 10:31
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Masazırda 4 avtomobil yanıb
Cəmiyyət 09:13
Masazırda 4 avtomobil yanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol