• $
  • £

Çiyələyin istehsalında 30% azalma olub

Çiyələyin istehsalında 30% azalma olub
09.07.2024 09:57
Bu il 606 hektar sahədə 7 min 200 ton məhsul istehsal olunub ki, bu da məhsuldarlığın  1,5 dəfə - 30 % azalması deməkdir. Bu barədə Cəlilabad Rayon Statistika İdarəsindən reporta bildirilib. 

Mayda ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti Cəlilabad rayonunda çiyələyin məhsuldarlığına mənfi təsir göstərib.

2023-cü  il 506 hektar sahədə 10 min 150 ton çiyələk məhsulu yetişdirilib.
 
Cari ilin ilk rübündə Aqrar Sığorta Fondu tərəfindən fermerlərə dolu hadisələri üzrə 503 min manat, sel-subasmaya görə isə 101 min manat sığorta ödənişi edilib.
 
2023-cü il ərzində fond tərəfindən fermerlərə ümumilikdə 4 milyona yaxın sığorta ödənişi edilib.  
 
Bundan əvvəl Aqrar Sığorta Fondu fermerlərə 2022-ci il fermerlərə 2,4 miyon, 2021-ci il 1,2 milyon ödədiyini açıqlayıb. 

Sığorta haqqı birdəfəlik və ya hissələrlə ödənilə bilər. Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə, yəni sığorta haqqının 50%-i, sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa sığorta haqqı birdəfəlik ödənilir.

Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən,  Azərbaycanda aqrar sığorta hazırda 41 adda bitkiçilik məhsullarını əhatə edir. Bura buğda, arpa, qarğıdalı,kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, tütün, üzüm, fındıq, pambıq, günəbaxan, soya, yonca, noxud, noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm,  qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı daxildir.
 
Aqrar Sığorta Fondunun çağrı mərkəzinin əlaqə nömrəsi 1651-dir.
 
Aytac Zeynalova 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:53
Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sabah bu marşrutlar dayanacaqlarda saxlamayacaq
Cəmiyyət 21:32
Sabah bu marşrutlar dayanacaqlarda saxlamayacaq
Almaniyadan Azərbaycan və Ermənistana çağırış
Cəmiyyət 20:59
Almaniyadan Azərbaycan və Ermənistana çağırış
Xətai rayonunda yanğın baş verib
Cəmiyyət 19:30
Xətai rayonunda yanğın baş verib
Bakı Neft Terminalında güclü yanğın söndürülüb - YENİLƏNİB - 2
Cəmiyyət 19:18
Bakı Neft Terminalında güclü yanğın söndürülüb - YENİLƏNİB - 2
17 yaşlı qız Kürdə batıb
Cəmiyyət 18:30
17 yaşlı qız Kürdə batıb
İmişli sakini Arazda boğuldu
Cəmiyyət 17:59
İmişli sakini Arazda boğuldu
Qazaxıstanda sərnişin avtobusu yanıb
Cəmiyyət 16:15
Qazaxıstanda sərnişin avtobusu yanıb
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Cəmiyyət 14:22
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol