• $
  • £

İlham Əliyev ATƏT-in baş katibini qəbul edib -Yenilənib

İlham Əliyev ATƏT-in baş katibini qəbul edib -Yenilənib
13.07.2024 14:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul edib.

Görüşdə COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran və bu tədbirdə iştirak edəcəyini bir daha vurğulayan Helqa Maria Şmid COP29 çərçivəsində Azərbaycanla ATƏT arasında yaxından əməkdaşlığın həyata keçirildiyini deyib.Dövlət başçısı Azərbaycanın COP29-la bağlı çoxsaylı tədbirlər keçirəcəyini qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının əvvəlki sədri və hazırda bu təsisatın "Troyka”sında olan, həmçinin Avropa İttifaqı ilə yaxın əlaqələrə malik ölkə kimi müxtəlif tərəflər arasında körpülərin qurulması və ümumi həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Dövlət başçısı ölkənin yaşıl keçid siyasəti və bu istiqamətdə görülən tədbirlərdən danışıb.Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu deyib və "Commonwealth” təşkilatı ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması istiqamətində iş aparıldığını bildirib.

Görüşdə regional bağlantılar məsələsi müzakirə olunub.
Xəzər dənizi və Qara dəniz yaşıl dəhliz layihəsinin əhəmiyyətinə toxunan Helqa Maria Şmid ATƏT-in gündəliyində yaşıl limanlar layihəsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və Azərbaycana səfəri çərçivəsində Ələt Beynəlxalq Dəniz Ticarət Limanında olacağını bildirib.

Qonaq regional ətraf mühit monitorinq mərkəzinin yaradıldığını deyib və bu çərçivədə əməkdaşlıq məsələlərinə toxunub.Bütövlükdə ATƏT-in gündəliyində iqtisadiyyat və ətraf mühit məsələlərinin önəm kəsb etdiyini və bu layihələrin etimad quruculuğuna töhfə verdiyini vurğulayıb.
Söhbət zamanı regional sülh gündəliyi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Azərbaycanın sülh gündəliyinə sadiqliyini vurğulayıb və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasında dəyişiklərin aparılmasının, Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulmasının vacibliyi qeyd edib.

Helqa Maria Şmid humanitar minatəmizləmə fəaliyyətlərinə toxunub.
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqların işğalı nəticəsində ölkə ərazilərinin kütləvi şəkildə minalarla çirkləndiyini deyərək, 370-ə yaxın insidentin baş verdiyini, çoxlu sayda insanın mina partlayışları nəticəsində həlak olduğunu və yaralandığını vurğulayịb.

Görüşdə ATƏT-in gündəliyində duran məsələlər barədə fikir mübadiləsi aparılıb.

 12:46

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul edib.Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
Siyasət 16:12
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
Kamran Əliyev İran səfiri ilə niyə görüşüb?
Siyasət 15:20
Kamran Əliyev İran səfiri ilə niyə görüşüb?
XİN bəyanat yayıb
Siyasət 14:05
XİN bəyanat yayıb
"LUKOIL"-un qurucusu Vahid Ələkbərov Qarabağa gəlib
Siyasət 13:38
"LUKOIL"-un qurucusu Vahid Ələkbərov Qarabağa gəlib
Onlara birdəfəlik maddi yardım veriləcək - sərəncam
Siyasət 12:08
Onlara birdəfəlik maddi yardım veriləcək - sərəncam
Prezident sərəncam imzalayıb
Siyasət 12:07
Prezident sərəncam imzalayıb
Deputat: bələdiyyələrin maliyyə və idarəetmə imkanlarının gücləndirilməsi vacibdir
Siyasət 12:50
Deputat: bələdiyyələrin maliyyə və idarəetmə imkanlarının gücləndirilməsi vacibdir
Əsas kapitala ayrılan investisiyaların 10 milyard manata yaxını regionaların payına düşür - deputat
Siyasət 12:16
Əsas kapitala ayrılan investisiyaların 10 milyard manata yaxını regionaların payına düşür - deputat
Deputat: Regionların inkişafı proqramı yoxsulluğu azaldır
Siyasət 12:12
Deputat: Regionların inkişafı proqramı yoxsulluğu azaldır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol