• $
  • €
  • ₽
  • ₺
  • £

Hüseyn Paşayevə YAP-da daha bir vəzifə

Hüseyn Paşayevə YAP-da daha bir vəzifə
07.02.2014 18:00
 Bu gün Yeni Azərbaycan Partiyasının Mətbuat və ictimai əlaqələr komissiyasının ilk iclası keçirilib.Partiyadan APA-ya verilən məlumata görə, YAP İdarə Heyətinin üzvü, komissiyanın sədri Nizami Xudiyev bildirib ki, komissiya partiyanın İcra Katibliyi ilə sıx təmasda fəaliyyət göstərəcək və kütləvi informasiya vasitələri ilə əlaqəli işləyəcək. 2014-cü il üçün iş planı haqqında danışan sədr deyib ki, komissiya və mətbuat arasında əlaqələrin tənzimlənməsini təmin etmək məqsədilə KİV rəhbərləri ilə geniş tərkibdə müzakirənin təşkil olunması nəzərdə tutulur. Eyni zamanda, komissiya qarşıdan duran vəzifələrin icra vəziyyətini müzakirə etmək üçün hər rübdə bir dəfə toplanacaq. Sona YAP-ın Mətbuat və ictimai əlaqələr komissiyasının 2014-cü il üçün iş planı təsdiq olunub. YAP Siyasi Şurasının üzvü, partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Mətbuat və ictimai əlaqələr komissiyasının sədr müavini seçilib. Komissiyanın digər üzvləri isə YAP Siyasi Şurasının üzvləri - "Azərbaycan" Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov, Milli Məclisin deputatı Mirkazım Kazımov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Bakı şəhər İcra Hakimiyyətində memar Sədrəddin Əkbərovdur. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Tokayevi təbrik edib
Siyasət 11:05
İlham Əliyev Tokayevi təbrik edib
Azərbaycan İordaniyada kilsəyə silahlı hücumla bağlı başsağlığı verib
Siyasət 12:18
Azərbaycan İordaniyada kilsəyə silahlı hücumla bağlı başsağlığı verib
Azərbaycan BMT Günündə beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bəyan edib
Siyasət 10:20
Azərbaycan BMT Günündə beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bəyan edib
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib
Siyasət 23:35
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Siyasət 21:57
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
Siyasət 20:00
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir
Siyasət 13:32
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir

Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Siyasət 13:25
Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Siyasət 12:36
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol