• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentlə oğlu Ağdamda təməlqoyma mərasimində iştirak ediblər -Yenilənib

Prezidentlə oğlu Ağdamda təməlqoyma mərasimində iştirak ediblər -Yenilənib
19.09.2024 20:43
Prezident İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərinə səfər edib.Dövlət başçısı azad edilmiş ərazidə bir sıra açılışlarda iştirak edib, yenidənqurma-bərpa işləri ilə tanış olub.

Prezidentin səfərindən fotoları təqdim edirik:

 




 


 ***

Azərbaycan Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
 
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verib.

Bildirilib ki, kəndin layihələndirilən ümumi ərazisi 300 hektara yaxındır. Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Şişpapaqlar, Kosalar və Eyvazxanbəyli kəndləri ilə birlikdə layihələndirilib.

Eyvazxanbəyli kəndində 4038 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Bu məqsədlə 1091 fərdi evin tikilməsi nəzərdə tutulub.
 
Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 88,3 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1563 nəfərin köçürülməsi üçün 427 fərdi evin inşası planlaşdırılır. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.

Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, bayraq meydanı, tibb məntəqəsi, digər xidməti obyektlərin tikintisi və istirahət parkının salınması planlaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər də görüləcək.

***
Prezident İlham Əliyev və oğlu Heydər Əliyev Ağdam rayonunun Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olublar.
***
Prezident İlham Əliyev və oğlu Heydər Əliyev Ağdam Sənaye Parkında müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun açılışında iştirak ediblər.
***
Prezident İlham Əliyev və oğlu Heydər Əliyev Ağdam Sənaye Parkında Elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodunun açılışında iştirak ediblər.
***
Prezident İlham Əliyev və oğlu Heydər Əliyev Ağdam Sənaye Parkında Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun açılışında iştirak ediblər.
 
***
Prezident İlham Əliyev Ağdam Sənaye Parkında Divar kağızları istehsalı zavodunun açılışında iştirak edib.
***
Prezident İlham Əliyev Ağdam Sənaye Parkında Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodunun açılışında iştirak edib.
***
Prezident İlham Əliyev Ağdam Sənaye Parkında Dam örtükləri istehsalı zavodunun açılışında iştirak edib.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
Siyasət 00:02
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib
Siyasət 13:48
Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib
Azərbaycan infrastruktur investisiyalarını beynəlxalq layihələrə yönəldəcək
Siyasət 10:23
Azərbaycan infrastruktur investisiyalarını beynəlxalq layihələrə yönəldəcək
Azərbaycan data mərkəzləri üzrə aparıcı şirkətlərlə fəal danışıqlar aparır - Əliyev
Siyasət 09:40
Azərbaycan data mərkəzləri üzrə aparıcı şirkətlərlə fəal danışıqlar aparır - Əliyev
Azərbaycan tranzit yükdaşımalarını ən azı 56% artırmağı planlaşdırır
Siyasət 09:21
Azərbaycan tranzit yükdaşımalarını ən azı 56% artırmağı planlaşdırır
Azərbaycan data mərkəzləri üçün yeni elektrik ötürmə xətləri quracaq - Prezident
Siyasət 09:10
Azərbaycan data mərkəzləri üçün yeni elektrik ötürmə xətləri quracaq - Prezident
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
Siyasət 09:04
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib
Siyasət 08:40
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib
Ceyhun Bayramov BMT baş katibi ilə regional və qlobal məsələləri müzakirə edib
Siyasət 08:33
Ceyhun Bayramov BMT baş katibi ilə regional və qlobal məsələləri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol