• $
  • €
  • ₽
  • ₺
  • £

Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - Yenilənib

Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - Yenilənib
27.11.2024 22:50
Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir.Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

 21:50

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Tovuz rayonu, Ceyrançöl adlanan ərazidə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes” markalı minik avtomobili ilə "VAZ 2106" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə "Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan yeniyetməni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Yol-nəqliyyat qəzası zamanı həyatını itirmiş altı nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Yanğınsöndürənlər tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
 
 21:07

Tovuzda ağır yol-nəqliyyat hadisəsi olub, ölənlər var.

"Report"un məlumatına görə, hadisə rayonun Əlimərdanlı kənd yolunda qeydə alınıb.

Qəza nəticəsində altı nəfər aldığı xəsarətdən dünyasını dəyişib. Bir nəfərin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kürdəmirdə 50 yaşlı kişini qatar vuraraq öldürüb
Cəmiyyət 10:00
Kürdəmirdə 50 yaşlı kişini qatar vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib
Cəmiyyət 09:13
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:48
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Cəmiyyət 18:19
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycanda quş əti və yumurta istehsalı artıb
Cəmiyyət 17:10
Azərbaycanda quş əti və yumurta istehsalı artıb
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Cəmiyyət 14:57
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb
Cəmiyyət 14:09
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb
Bakıda keçirilən NATO təlimi başa çatıb
Cəmiyyət 13:43
Bakıda keçirilən NATO təlimi başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol