• $
  • €
  • ₽
  • ₺
  • £

COP29 zolaqlarının qüvvədən düşdüyü yollar - SİYAHI

COP29 zolaqlarının qüvvədən düşdüyü yollar - SİYAHI
02.12.2024 18:19
İctimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəqliyyat təminatı çərçivəsində təşkil olunmuş "COP29 xüsusi hərəkət zolaqları” tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qeyd edilən zolaqlarda avtobus zolağını bildirən 5.9 yol nişanları sökülüb və xətlər silinir. Yol nişanları çıxarılmış zolaqlar qüvvədən düşmüş hesab olunur və sürücülər bu zolaqlara daxil ola bilərlər.
 
AYNA "COP29 xüsusi hərəkət zolaqları” qüvvədən düşən yolları açıqlayıb.

Bildirilib ki, Zuğulba şosesi, Gülarə Qədirbəyova küçəsi, Hava limanı şosesi, Heydər Əliyev prospekti, Niyazi küçəsi, Bülbül prospekti, İstiqlaliyyət, Mehdi Hüseyn, Koroğlu Rəhimov küçələri, Salyan şossesi, Zığ şossesi, Həsənoğlu küçəsinin Təbriz küçəsi ilə kəsişməyədək, Böyükşor yol qovşağının üzəri, Y.Səfərov küçəsi ilə 28 May – Ü.Hacıbəyli küçəsinin kəsişməsinədək, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi ilə Dairəvi yol-Parlament prospekti, ​Həsən Əliyev küçəsilə Ataturk prospekti – Əhməd Rəcəbli küçələrinin kəsişməsi, ​Mirzaağa Əliyev küçəsi ilə A.Şaiq küçəsi- Azərbaycan prospektinin kəsişməsi, Mikayıl Üseynov küçəsi Azneftdən Bayraq meydanı istiqamətində, Bünyad Sərdarov küçəsi, H. Seyyidbəyli-İstiqlaliyyət küçələri ilə kəsişməyədək, Həsən Seyidbəyli və N. Nərimanov prospekti-B. Sərdərov küçəsi ilə kəsişməyədək, Şeyx Şamil küçəsi Mehdi Hüseyn – İstiqlaliyyat küçəsi ilə kəsişməyədək, Xocalı prospekti Yusif Safarov küçəsi – İzzət Orucov küçəsi ilə kəsişməyədək olan hissələrdə 5.9 yol nişanlarının çıxarılıb və zolaqlar qüvvədən düşüb.

Hazırda yalnız 5.9 yol nişanlarının mövcud olduğu zolaqlara digər nəqliyyat vasitələrinin girişi qadağandır.

Sürücülərdən diqqətli olmaq və yol nişanları olan zolaqlarda qanunun tələbini pozmamaq xahiş edilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Cəmiyyət 14:57
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb
Cəmiyyət 14:09
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb
Bakıda keçirilən NATO təlimi başa çatıb
Cəmiyyət 13:43
Bakıda keçirilən NATO təlimi başa çatıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:26
Sabahın hava proqnozu açıqlanıb
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb
Cəmiyyət 12:15
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %- ə yaxın azalıb
Cəmiyyət 11:00
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %- ə yaxın azalıb
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib
Cəmiyyət 19:41
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Cəmiyyət 19:01
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 18:37
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol