• $
  • £

AQTA Türkiyədəki kütləvi zəhərlənmə ilə bağlı nəzarət tədbirlərini gücləndirib

AQTA Türkiyədəki kütləvi zəhərlənmə ilə bağlı nəzarət tədbirlərini gücləndirib
18.02.2025 18:19

AQTA Türkiyədəki kütləvi zəhərlənmə ilə bağlı nəzarət tədbirlərini gücləndirib.Bu barədə AQTA-dan bildirilib.

Türkiyənin bir sıra şəhərlərində saxta spirtli içkilərdən kütləvi zəhərlənmə və ölüm hadisələri baş verib.Ankara şəhərində saxta spirtli içkidən ölənlərin sayı 59 nəfərə, müalicəsini davam etdirənlərin sayı isə 37 nəfərə çatıb. Baş verən hadisələrə əsas səbəb kimi sənayedə istifadə olunan, bu ölkədə daha ucuz və əlçatan hesab edilən metanoldan istifadə etməklə hazırlanan saxta spirtli içkilərin istehlakı göstərilir.

Qeyd edilib ki, Azərbaycana Türkiyədən, eləcə də digər xarici ölkələrdən idxal edilən spirtli içkilər risk əsaslı nəzarət tədbirlərinə cəlb olunur, saxta spirtli içkilərin ölkəyə gətirilməsinin qarşısı qətiyyətlə alınır. Məhsullardan götürülən nümunələrin laborator müayinəsi uyğun olduğu təqdirdə, bu məhsulların idxalına icazə verilir.

2024-cü il ərzində Türkiyə Cümhuriyyətindən ümumilikdə 645 120 litr (23 700 litri rakı, 620 890 litri pivə, 530 litri şərab), 2025-ci ilin 1 yanvar-17 fevral tarixlərində isə 46 300 litr (5 150 litri rakı, 41 150 litri pivə) spirtli içki idxal olunub ki, bu məhsullar da təhlükəsizlik və keyfiyyət göstəricilərinə görə müvafiq müayinələrə cəlb edilib və istehlak üçün uyğun olduğu öz təsdiqini tapdıqdan sonra satış şəbəkələrinə çıxarılması üçün müvafiq icazələr verilib.

Bu istiqamətdə nəzarət və tənzimləmə tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb
Cəmiyyət 23:12
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb
Gəncədə maşınlar toqquşub, xəsarət alanlar var
Cəmiyyət 20:01
Gəncədə maşınlar toqquşub, xəsarət alanlar var
Türkiyədən Azərbaycana 1,5 milyon manatlıq siqaretin qanunsuz gətirilməsinin qarşısı alınıb
Cəmiyyət 18:35
Türkiyədən Azərbaycana 1,5 milyon manatlıq siqaretin qanunsuz gətirilməsinin qarşısı alınıb
Sabah yağış yağacaq
Cəmiyyət 18:30
Sabah yağış yağacaq
Sabah bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 18:08
Sabah bu ərazilərdə qaz kəsiləcək
Si Cinpin İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Cəmiyyət 17:11
Si Cinpin İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Cəmiyyət 16:52
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Zaur Mikayılov: Əkin strukturu mövcud su ehtiyatlarına uyğunlaşdırılmalıdır
Cəmiyyət 16:49
Zaur Mikayılov: Əkin strukturu mövcud su ehtiyatlarına uyğunlaşdırılmalıdır
Son beş ildə heyvanların sayında azalma var - Nazir
Cəmiyyət 16:44
Son beş ildə heyvanların sayında azalma var - Nazir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol