• $
  • £

Yol polisi sürücülərə müraciət edib

Yol polisi sürücülərə müraciət edib
18.08.2025 10:23

Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir. Bu vərdiş təkcə qayda pozuntusu deyil, həm də özünüzü və başqalarını bilə-bilə təhlükəyə atmaqdır. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində bildirilib.

Müraciətdə deyilir ki, mobil telefondan istifadənin yaratdığı əsas təhlükələr aşağıdakılardır:

1. Diqqətin yayındırılması – Telefona baxan sürücü yolda baş verənləri vaxtında görə bilmir, piyadaları və digər nəqliyyat vasitələrini nəzərdən qaçırır.

2. Reaksiyanın ləngiməsi – Telefon sürücünün reaksiyasını 2–3 dəfə gecikdirir. Bu isə qəfil əyləc və ya manevr imkanlarını minimuma endirir.

3. Nəzarətin itməsi – Telefonla məşğul olan sürücü zolaqdan çıxır, təhlükəli manevrlər edir və məsafəni düzgün qiymətləndirmir.

"Bir zəng və ya bir mesaj heç vaxt insan həyatından vacib ola bilməz. Sizin məsuliyyətli davranışınız hər kəsin təhlükəsizliyinə təminat verir", - müraciətdə vurğulanıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:40
Sabah bu ərazilərdə işıq olmayacaq
Qazaxda açıq ərazidə yanğın baş verib
Cəmiyyət 21:12
Qazaxda açıq ərazidə yanğın baş verib
Beyləqanda “Niva” kanala aşıb, 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralanıb
Cəmiyyət 19:39
Beyləqanda “Niva” kanala aşıb, 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralanıb
Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq
Cəmiyyət 18:25
Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq


Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər
Cəmiyyət 17:12
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər
Baş nazir Bakıda 2 bağın birləşməsi ilə bağlı qərar imzalayıb
Cəmiyyət 15:47
Baş nazir Bakıda 2 bağın birləşməsi ilə bağlı qərar imzalayıb
Fransaya casusluqda ittiham olunan Fransa vətəndaşı azadlığa buraxılıb
Cəmiyyət 15:27
Fransaya casusluqda ittiham olunan Fransa vətəndaşı azadlığa buraxılıb
“MyShops”dan “Nothing” smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan!
Cəmiyyət 14:56
“MyShops”dan “Nothing” smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan!
Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 14:52
Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol