• $
  • £

41 dərəcə istidə işçiləri işlədənləri hansı cəza gözləyir? – ARAŞDIRMA

41 dərəcə istidə işçiləri işlədənləri hansı cəza gözləyir? – ARAŞDIRMA
14.08.2025 09:28

2025-ci ildə Azərbaycanda  istiliyin 41 dərəcədən çox olduğu hava şəraitində çalışan 6 nəfər  Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib.  Bu barədə anews.az-a qurumdan bildirilib.

"Havanın temperaturu 41 dərəcə selsidən çox olduqda açıq havada və sərinləşdirici qurğular olmayan iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlərə mütəmadi qaydada müraciət edilir və qanunvericiliyin tələbləri onların diqqətinə çatdırılır" ,- məlumatda qeyd olunub.

Havanın temperaturu 41°C və daha yüksək olduqda işçiləri təhlükəsiz şərait təmin edilmədən işləməyə məcbur edən işəgötürənlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müxtəlif hüquqi məsuliyyətlərlə üzləşə bilərlər.

Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, temperaturun azı 41 dərəcə selsidən yuxarı olduğu isti və açıq havalı iş şəraitində işçilərə müəyyən edilən qaydada əlavə fasilələr verilməli və zərurət yarandıqda işin dayandırılması təmin olunmalıdır.

Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, işəgötürən işçilərin sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün zəruri şərait yaratmağa borcludur.

Havanın temperaturu insan sağlamlığı üçün təhlükəli həddə  məsələn, 40°C-dən yuxarı  çatdıqda, açıq havada uzunmüddətli iş rejimi qadağan edilə və ya məhdudlaşdırıla bilər.

Bu tələbləri pozan şəxslər  İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnməlidir. Qanun bununla bağlı aşağıdakı cərimələri nəzərdə tutub::

fiziki şəxslər üçün — 500 manatdan 1000 manatadək;

vəzifəli şəxslər üçün — 1500 manatdan 2000 manatadək;

hüquqi şəxslər üçün — 15000 manatdan 20000 manatadək.

Əgər əmək fəaliyyəti zamanı işçinin sağlamlığına ciddi zərər dəyibsə və ya ölüm faktı baş veribsə, bu hal Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-ci maddəsinə əsasən cinayət məsuliyyəti ilə nəticələnə bilər.

Milli Məclisin deputatı Razi Nurullayev  bildirib ki, ekstremal temperatur şəraitində iş rejimləri mütləq şəkildə yenidən tənzimlənməli, işçilərin sağlamlığı və hüquqları qorunmalıdır.

“Günün ən isti saatlarında , xüsusilə saat 12:00-dan 16:00-a qədər  açıq havada işlər dayandırılmalı, işçilər üçün kölgəli və sərin yerlərdə istirahət şəraiti təmin olunmalıdır. Bu kimi tövsiyələr müvafiq dövlət qurumları tərəfindən verilsə də, onların icrasına nə dərəcədə əməl olunduğu barədə məlumatım yoxdur. Təəssüf ki, güman edirəm ki, bu məsələdə ciddi nəzarət və icra mexanizmləri yoxdur,” –  Milli Məclisin deputatı Razi Nurullayev bildirib.

Deputat vurğulayıb ki, hər bir işəgötürən öz əməkdaşlarını içməli su və sərinlədici vasitələrlə təmin etməlidir. 

“İşçilər günvurma riskinə qarşı davamlı maarifləndirilməli, onlara ilkin tibbi yardımın prinsipləri və preventiv tədbirlər barədə mütəmadi məlumat verilməlidir. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi və digər uyğun qurumların birgə və koordinasiyalı fəaliyyətini zəruri hesab edirəm,” –  Nurullayev əlavə edib.

Hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə, tempuratur 41 dərəcədən yüksək olanda işə götürən və işçilər işi dayandırmalıdırlar.

“Əgər işi tam dayandırmaq mümkün deyilsə, işçinin sağlamlığına zərər dəyməməsi üçün müvafiq tədbirlər həyata keçirilməlidir. Məsələn, iş sahəsində kölgəliklər və çətirlər quraşdırıla bilər, tez-tez fasilələr verilməli, işçilərə sərinləşdirici içkilər təklif olunmalıdır. İşəgötürən bu şəraitdə belə işçiyə vəzifə maaşını tam şəkildə ödəməlidir. Əmək müfəttişliyi də bu məsələlərlə bağlı rəsmi xəbərdarlıq edib.  Lakin müşahidələr göstərir ki, yüksək temperatur şəraitində belə işlərin dayandırılması halları qeydə alınmır. Bu, işçilərin əməyin mühafizəsi hüququnun pozulması deməkdir. İnzibati Xətalar Məcəlləsində işəgötürənin bu kimi hallar üzrə məsuliyyəti və tətbiq olunacaq cərimələr açıq şəkildə qeyd olunub. Əgər sağlamlığa zərər dəyibsə, bu zərərin ödənilməsi qanunvericiliklə tələb olunur,” – Məmmədov bildirib.

2025-ci ilin iyulunda  Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakıda günvurma ilə bağlı 53 nəfər (18-i qadın, 35-i kişi cinsli olmaqla) müraciət edib. 

İstiqamət: 6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

 

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:40
Sabah bu ərazilərdə işıq olmayacaq
Qazaxda açıq ərazidə yanğın baş verib
Cəmiyyət 21:12
Qazaxda açıq ərazidə yanğın baş verib
Beyləqanda “Niva” kanala aşıb, 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralanıb
Cəmiyyət 19:39
Beyləqanda “Niva” kanala aşıb, 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralanıb
Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq
Cəmiyyət 18:25
Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq


Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər
Cəmiyyət 17:12
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər
Baş nazir Bakıda 2 bağın birləşməsi ilə bağlı qərar imzalayıb
Cəmiyyət 15:47
Baş nazir Bakıda 2 bağın birləşməsi ilə bağlı qərar imzalayıb
Fransaya casusluqda ittiham olunan Fransa vətəndaşı azadlığa buraxılıb
Cəmiyyət 15:27
Fransaya casusluqda ittiham olunan Fransa vətəndaşı azadlığa buraxılıb
“MyShops”dan “Nothing” smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan!
Cəmiyyət 14:56
“MyShops”dan “Nothing” smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan!
Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 14:52
Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol