• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda yerli seçkilərdə "Gürcü arzusu" Partiyası liderliyini qoruyur - Yenilənib

Gürcüstanda yerli seçkilərdə "Gürcü arzusu" Partiyası liderliyini qoruyur - Yenilənib
04.10.2025 22:51

Gürcüstan üzrə keçirilən yerli seçkilərdə "Gürcü arzusu" partiyası qalib gəlir.Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Ölkə üzrə 3 061 seçki məntəqəsindən 2 233-nün nəticələri hesablanıb ki, bu da bülletenlərin 72,95 %-ni təşkil edir.

İlkin nəticələrə görə, ölkə üzrə səs payı belədir: "Vətən, Dil, Din" – 4 203 səs (0,372 %), "Gürcüstan üçün Mühafizəkarlar" – 31 306 səs (2,768 %), "Bizim Vahid Gürcüstanımız" – 4 697 səs (0,415 %), "Azad Gürcüstan – 3 689 səs (0,326 %), "Gürcüstan Vətənpərvərlər Alyansı" – 9 579 səs (0, 847 %), "Güclü Gürcüstan" – Lelo – 76 690 səs (6,782 %), "Gürcüstan" – 1 720 səs (0,152 %), Yaşıllar Partiyası – 1 906 səs (0,169 %), "Xalq hökuməti" – 2 692 səs (0,238 %), "Gürcüstana Sevin" – 43 647 səs (3,86 %), "Qırçı" – 37 348 səs (3,303 %), "Gürcü Arzusu" – 913 320 səs (80,768%).

Tbilisidə isə proporsional seçkilərin nəticələrinə görə, "Gürcü Arzusu" 70,15 % səs toplayaraq liderdir.

Digər partiyaların səs payı aşağıdakı kimidir: "Vətən, Dil, Din" – 3 020 səs (1,019 %), "Gürcüstan üçün Mühafizəkarlar" – 12 811 səs (4,321 %), "Azad Gürcüstan" – 2 647 səs (0,893 %), "Gürcüstan Vətənpərvərlər Alyansı" – 3 151 səs (1,063 %), "Güclü Gürcüstan" – Lelo – 29 807 səs (10,054 %), "Gürcüstana Sevin" – 9 483 səs (3,199 %), "Qırçı" – 22 230 səs (7,498 %), "Gürcü Arzusu" – 207 985 səs (70,155 %).

***

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər başa çatıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, saat 17:00-a seçici fəallığı 33,5% təşkil edib.

Məntəqələrin bağlanmasından sonra məntəqə seçki komissiyalarının rəhbərləri MSK-ya yekun protokolları göndərəcəklər, bundan sonra seçki komissiyası ilkin məlumatları açıqlayacaq. Yaxın saatlarda exi-polların nəticələrinin açıqlanması gözlənilir.

***

Bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.

Səsvermə saat 08:00-da başlayıb və 20:00-da başa çatacaq.

Ölkə üzrə ümumilikdə 3061 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 2284-ü elektron, 777-si isə ənənəvi qaydada təşkil olunub.Seçicilərin ümumi sayı 3 513 818 nəfərdir.

Seçkilərdə 12 siyasi partiya iştirak edir. Onların sırasında "Vətən, Dil, İnam", "Mühafizəkarlar Gürcüstan üçün", "Bizim Vahid Gürcüstanımız", "Azad Gürcüstan", "Patriotlar Alyansı", "Güclü Gürcüstan – Lelo", "Gürcüstan", "Yaşıl Partiya", "Xalq hökuməti", "Gürcüstan üçün Qaxariya", "Qırçı" və hakim "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyası var.

Tbilisi merliyi uğrunda isə 9 namizəd mübarizə aparır. Qaydalara əsasən, qalib gəlmək üçün namizəd səslərin 50 faizindən çoxunu toplamalıdır. Əks halda, birinci və ikinci yerləri tutan namizədlər arasında ikinci tur keçiriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Dünya 08:56
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Dünya 08:51
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Dünya 23:47
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Dünya 23:15
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Dünya 22:29
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Dünya 22:01
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Dünya 21:30
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Россияне ударили по Павлограду
Dünya 20:00
Россияне ударили по Павлограду
İran yeni silahlar sınaqdan keçirib
Dünya 19:57
İran yeni silahlar sınaqdan keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol