• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda etirazlar yenidən başladı

Gürcüstanda etirazlar yenidən başladı
12.10.2025 23:49

Gürcüstanda oktyabrın 4-də keçirilmiş bələdiyyə seçkilərindən sonra başlayan etiraz aksiyaları yenidən start götürüb.Bu barədə yerli teleqram kanalları məlumat yayıb.

Bildirilir ki, aksiyalarda iştirak edən nümayişçilər Gürcüstan bayraqları ilə yanaşı, Avropa İttifaqı, ABŞ və Ukrayna bayraqları da qaldırıblar.

Məlumata görə, etirazçılar bir müddət əvvəl Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin iqamətgahının həyətinə daxil olublar. Onlar dəmir baryerləri sındıraraq əraziyə keçiblər. Hadisə yerinə cəlb olunan xüsusi təyinatlı qüvvələr nümayişçilərə qarşı yaşardıcı qaz və su şırnaqları tətbiq ediblər. Daha sonra iqamətgahın qarşısına əlavə təhlükəsizlik qüvvələri yerləşdirilib.

Oktyabrın 4-də Kaxa Kaladzenin üçüncü dəfə Tbilisi meri seçilməsindən sonra ölkədə iğtişaşlar geniş vüsət almışdı.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Atlantik okeanının şərq sahillərinə ilk dizel yanacağı tankerlərini yola salıb
Dünya 10:03
Rusiya Atlantik okeanının şərq sahillərinə ilk dizel yanacağı tankerlərini yola salıb
Niderlandda güclü fırtınaya görə 40-dan çox aviareys ləğv edilib
Dünya 22:00
Niderlandda güclü fırtınaya görə 40-dan çox aviareys ləğv edilib
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb
Dünya 21:09
Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb


Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
Dünya 14:26
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb

Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var
Dünya 14:01
Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var


Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Dünya 11:47
Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox