• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərlotereya” növbəti dəfə üç beynəlxalq standart üzrə sertifikat alıb

“Azərlotereya” növbəti dəfə üç beynəlxalq standart üzrə sertifikat alıb
05.11.2025 13:29

 

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC şəffaf fəaliyyəti ilə təkcə milli qanunvericiliyin deyil, həm də sahəvi standartların tələblərinə uyğun fəaliyyət göstərməyə davam edir. Bu məqsədlə 2025-ci ilin oktyabr ayında sertifikasiya auditi keçirilib və üç beynəlxalq standart üzrə uyğunluq təsdiq edilib.

İlk standart ISO 27001:2022 Məlumat Təhlükəsizliyi İdarəetmə Sistemi standartıdır. Bu standart şirkətin fəaliyyətinin, eləcə də təklif etdiyi şans oyunlarının təhlükəsizlik, etibarlılıq və davamlılığını təsdiq edir. Şirkət daha əvvəllər bu standartın 2013-cü il versiyasına uyğun fəaliyyət göstərirdi. Lakin texnologiyaların inkişafı ilə ayaqlaşmaq üçün bu standartın 2022-ci ildə redaksiyası yenilənib və 2025-ci ildən bu standarta keçid edilməsi üçün son tarix kimi müəyyən edilib. Standartın tələblərinə uyğun olaraq şirkət öz dəyərlərini müəyyənləşdirir, məlumat təhlükəsizliyi siyasətini və məlumat təhlükəsizliyinin hər bir elementi üzrə (uzaqdan işləmə, təhlükəsiz kodlama, şifrə idarəçiliyi və s.) digər siyasət və prosedurları təsdiq edir, eləcə də bu siyasət və prosedurlar əsasında məlumat təhlükəsizliyinin idarə edilməsi sistemini tətbiq edir. 

Növbəti standart Dünya Lotereyalar Assosiasiyasının (WLA - World Lottery Association) Təhlükəsizlik Nəzarəti Standartıdır (SCS - The Security Control Standard). Bu standart sahənin ən yaxşı təcrübələrinin ümumiləşdirildiyi “qaydalar toplusu”dur və həm müxtəlif lotereya növlərinə, həm də idman mərc oyunlarına şamil edilir. Məsələn, hər bir lotereya biletinin unikal nömrəsinin olması, kriptoqrafik nəzarətlərin tətbiq edilməsi, tirajlı lotereyaların təşkilinin addım-addım yazılmış təlimatının olması, hər bir oyun iştirakçısının ancaq bir aktiv oyun hesabının ola bilməsi, ödəniş üsullarının qorunması kimi tələblər bu standartdan irəli gəlir. Cari ildə bu standartın da yeni versiyasına 2024-cü il redaksiyasına keçid edilib.  

Şirkətin fəaliyyətinə təsir edən üçüncü standart Avropa Lotereyaları və Toto Assosiasiyasının (EL - The European State Lotteries and Toto Association) “Məsuliyyətli Oyun” standartıdır. Bu standart lotereya və idman mərc oyunlarının marketinqi və satışı zamanı tətbiq edilən məsuliyyətli oyun tələblərini müəyyən edir. 

“Azərlotereya” ASC Dünya Lotereyalar Assosiasiyası, həmçinin Avropa Lotereyalar və Toto Assosiasiyasının üzvüdür. Ətraflı olaraq “Azərlotereya”nın “Məsuliyyətli Oyun” siyasəti ilə tanış ola bilərsiniz.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Azərbaycan büdcəsində neft gəlirlərinin payını 30%-ə endirəcək - nazir
İqtisadiyyat 16:39
Azərbaycan büdcəsində neft gəlirlərinin payını 30%-ə endirəcək - nazir
Taleh Ziyadov: Orta Dəhlizdə sərhəd prosedurları uyğunlaşdırılmalıdır
İqtisadiyyat 15:51
Taleh Ziyadov: Orta Dəhlizdə sərhəd prosedurları uyğunlaşdırılmalıdır
Azərbaycanın Mərkəzi Asiya ilə ticarəti 53% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın Mərkəzi Asiya ilə ticarəti 53% artıb
LSEG: Azərbaycan şirkətləri kapital bazarlarından daha fəal istifadə edə bilər
İqtisadiyyat 15:43
LSEG: Azərbaycan şirkətləri kapital bazarlarından daha fəal istifadə edə bilər
Valeh Ələsgərov: Ələt Zonasının üstünlüyü ixracyönümlü istehsaldır
İqtisadiyyat 15:15
Valeh Ələsgərov: Ələt Zonasının üstünlüyü ixracyönümlü istehsaldır
Yeni idman dünyası KinonTV-də: “SetantaSports& TV” paketi istifadəyə verildi
İqtisadiyyat 14:53
Yeni idman dünyası KinonTV-də: “SetantaSports& TV” paketi istifadəyə verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol