• $
  • £

Azərbaycanın idman tarixində ilk deflimpiya medalı

Azərbaycanın idman tarixində ilk deflimpiya medalı
16.11.2025 18:25

Yaponiyada keçirilən “XXV Yay Deflimpiya Oyunları”nda Azərbaycan idman tarixində ilk deflimpiya medalını qazanıb.

Medalı Azərbaycanı cüdo yarışlarında 60 kq çəki dərəcəsində mübarizə aparan Coşqun Əliyev qazandırıb.

Cüdo yarışlarının ilk günündə tatami üzərinə çıxan deflimpiyaçı əvvəlcə 1/8 finalda Cənubi Koreyadan Çoi Junho, 1/4 finalda xorvatiyalı Tonzetiç Yosipi, yarımfinalda isə Niderlanddan olan Vesteroff Albert Gerhardua Hendrikə qalib gələrək finala yüksəlib.

Həlledici mərhələdə Coşqun Əliyev rəqibi braziyalı Dantas Pedroya məğlub olsa da, Azərbaycan tarixində ilk dəfə olaraq Deflimpiya Oyunlarında gümüş medal qazanan deflimpiyaçı kimi tarixə düşüb.

Mükafatlandırma mərasimində idmançıya medal Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin Vitse-prezidenti Yutaka Osugi tərəfindən təqdim edilib.

Noyabrın 26-dək davam edəcək ümumilikdə 3 mindən çox idmançının iştirak etdiyi “XXV Yay Deflimpiya Oyunları”nda Azərbaycan ilk dəfədir 6 idman növü üzrə 20 idmançı ilə təmsil olunur.

Deflimpiya hərəkatı eşitmə məhdudiyyətli şəxslər arasında idmanın inkişafına xidmət edir.

Deflimpiya Oyunları dünyanın ikinci ən qədim beynəlxalq çoxnövlü idman tədbiridir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - Yenilənib
İdman 21:55
Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - Yenilənib

Azərbaycanlı şahmatçı Fransa çempionu olub
İdman 12:45
Azərbaycanlı şahmatçı Fransa çempionu olub
“Formula-1” Qran-prilərin məsafəsini 15 kilometr azaldacaq
İdman 09:19
“Formula-1” Qran-prilərin məsafəsini 15 kilometr azaldacaq
"Sabah"ın Çempionlar Liqasındakı ev oyunları üçün vahid biletlər satışda
İdman 19:50
"Sabah"ın Çempionlar Liqasındakı ev oyunları üçün vahid biletlər satışda
İsgəndər Cavadov fəxri diplomla təltif edilib
İdman 14:10
İsgəndər Cavadov fəxri diplomla təltif edilib

Futbol üzrə Azərbaycan Kubokununpüşkü atılıb
İdman 14:19
Futbol üzrə Azərbaycan Kubokununpüşkü atılıb
AFFA-da yeni təyinatlar
İdman 23:00
AFFA-da yeni təyinatlar
Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
İdman 21:48
Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
"Sabah" "Mançester Yunayted"ə məğlub olub - Yenilənib
İdman 00:53
"Sabah" "Mançester Yunayted"ə məğlub olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol