• $
  • €
  • ₽
  • ₺
  • £

Saytlara girişlə bağlı yaranmış texniki nasazlığın səbəbi bilindi - "Cloudflare"dən növbəti AÇIQLAMA - YENİLƏNİB

Saytlara girişlə bağlı yaranmış texniki nasazlığın səbəbi bilindi - "Cloudflare"dən növbəti AÇIQLAMA - YENİLƏNİB
18.11.2025 21:57

ABŞ-nin "Cloudflare" bulud servisində baş vermiş miqyaslı texniki nasazlığın səbəbi təhlükəli trafiki idarə etmək üçün avtomatik yaradılan konfiqurasiya faylı olub.Bu barədə "Kommersant" nəşrinə servisin Mətbuat Xidmətindən məlumat veriblər.

Məlumata görə, nasazlıq konfiqurasiya faylının gözlənilən ölçüdən böyük olması səbəbindən yaranıb, bu da "Cloudflare"in bir sıra xidmətlərinin trafikini emal edən proqram təminatının işində xətaya gətirib çıxarıb.

19:20

Azərbaycanın və bir çox dünya ölkələrinin bəzi saytlarına girişlə bağlı yaranan problemlər aradan qaldırılıb.Bu barədə "Cloudflare" açıqlama yayıb.

Bildirilib ki, texniki insident həll edilib.

Hazırda xidmət bütün servislərin normal iş rejiminə tam qayıtdığından əmin olmaq üçün onların işini yaxından izləyir.

***

Bu gün Cloudflare-in qlobal infrastrukturu üzrə genişmiqyaslı nasazlıq qeydə alınıb.

Cloudflare xidmətlərində yaranan problem səbəbindən dünyanın müxtəlif regionlarında çoxsaylı saytlar açılmır və istifadəçilərə “Cloudflare Error” tipli xətalar təqdim olunur.

Cloudflare üzərindən çalışan bir çox Azərbaycan saytları da eyni səbəbdən əlçatan deyil. Saytların özündə və ya serverlərində texniki nasazlıq yoxdur – resurslar yalnız trafikin Cloudflare şəbəkəsindən keçməməsi səbəbindən müvəqqəti olaraq əlçatmaz görünür.

Şirkət qlobal miqyaslı kəsintini aradan qaldırmaq üzərində işlədiyini açıqlayıb. Problemin qısa müddətdə bərpa olunacağı gözlənilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Dünya 08:56
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Dünya 08:51
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Dünya 23:47
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Dünya 23:15
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Dünya 22:29
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Dünya 22:01
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Dünya 21:30
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Россияне ударили по Павлограду
Dünya 20:00
Россияне ударили по Павлограду
İran yeni silahlar sınaqdan keçirib
Dünya 19:57
İran yeni silahlar sınaqdan keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol