• $
  • £

Əli Əsədov WA prezidenti ilə görüşüb

Əli Əsədov WA prezidenti ilə görüşüb
18.11.2025 19:10

Azərbaycanın Baş naziri Əli Əsədov Dünya Su İdmanı Federasiyasının (World Aquatics) prezidenti Hüseyn Əl-Müsəlləmlə görüş keçirib.Bu barədə Azərbaycan Üzgüçülük Federasiyası məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir və idmançılar hər zaman dövlət tərəfindən xüsusi diqqət və dəstək görürlər.

Baş nazir Azərbaycanda son illərdə yaradılan müasir idman infrastrukturu barədə məlumat verib.

Bildirilib ki, Azərbaycan regionlar da daxil olmaqla onlarca olimpiya-idman kompleksinin inşası ilə bu sahədə nümunəvi təcrübə formalaşdırıb. Bunun nəticəsi olaraq ölkəmiz bir çox beynəlxalq yarışlara və dünya səviyyəli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Həmçinin su idman növlərinin ölkədə inkişafı, kütləviliyin artırılması, habelə WA ilə əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr aparılıb.

Görüşdə gənclər və idman naziri Fərid Qayıbov, eləcə də Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev iştirak ediblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - Yenilənib
İdman 21:55
Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - Yenilənib

Azərbaycanlı şahmatçı Fransa çempionu olub
İdman 12:45
Azərbaycanlı şahmatçı Fransa çempionu olub
“Formula-1” Qran-prilərin məsafəsini 15 kilometr azaldacaq
İdman 09:19
“Formula-1” Qran-prilərin məsafəsini 15 kilometr azaldacaq
"Sabah"ın Çempionlar Liqasındakı ev oyunları üçün vahid biletlər satışda
İdman 19:50
"Sabah"ın Çempionlar Liqasındakı ev oyunları üçün vahid biletlər satışda
İsgəndər Cavadov fəxri diplomla təltif edilib
İdman 14:10
İsgəndər Cavadov fəxri diplomla təltif edilib

Futbol üzrə Azərbaycan Kubokununpüşkü atılıb
İdman 14:19
Futbol üzrə Azərbaycan Kubokununpüşkü atılıb
AFFA-da yeni təyinatlar
İdman 23:00
AFFA-da yeni təyinatlar
Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
İdman 21:48
Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
"Sabah" "Mançester Yunayted"ə məğlub olub - Yenilənib
İdman 00:53
"Sabah" "Mançester Yunayted"ə məğlub olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol