• $
  • €
  • ₽
  • ₺
  • £

Trampın Rusiyaya qarşı ilk sanksiyaları qüvvəyə mindi, Rusiyanın neft ixracı illik minimuma düşüb

Trampın Rusiyaya qarşı ilk sanksiyaları qüvvəyə mindi, Rusiyanın neft ixracı illik minimuma düşüb
21.11.2025 07:12

ABŞ Prezidenti Donald Trampın “Lukoyl”, “Rosneft” və onların törəmə şirkətlərinə qarşı imzaladığı sərt sanksiyalar paketi bu gün rəsmi olaraq qüvvəyə minib. Sanksiyalar xüsusilə “Lukoyl”a ağır təsir göstərib. Şirkətin xaricdəki aktivlərinin yarısının dəyəri 22 milyard dollardan çoxdur.

Sanksiyalar qüvvəyə minməmişdən əvvəl “Lukoyl”un İraq, Azərbaycan, Bolqarıstan, Qazaxıstan və bir sıra Avropa ölkələrindəki törəmələri əməliyyat çətinlikləri ilə üzləşib.

Azərbaycanda şirkətin yanacaqdoldurma məntəqələri bank əməliyyatları dayandırıldığı üçün yalnız nağd satışa keçib.

Sərt məhdudiyyətlər fonunda Rusiyanın dəniz yolu ilə neft ixracı kəskin azalıb.

Məlumata görə, Baltik dənizindəki ən böyük terminal olan Primorsk bir həftədə yükləmələri 73% azaldaraq sutkada 43 min tona endirib.

Ust-Luqa limanında ixrac il ərzində 40%, Novorossiyskdə isə dron hücumundan sonra 3 dəfə azalıb.

Bunun əksinə olaraq, Sakit okean limanı Kozmino üzrə ixrac 157 min tonadək artıb.

Rusiyanın ümumi dəniz neft ixracı illik minimuma — sutkada 291 min tona düşüb, bu da ötən illə müqayisədə 30% azalma deməkdir.

Yunanıstan tankerləri də ucuzlaşmaya baxmayaraq Rusiya neftini daşımaqdan imtina etməyə başlayıb. Urals markasının qiyməti Baltik limanlarında 36 dollara  enib.

Rusiyanın neft ixracının orta qiyməti hazırda 46 dollar/barrel təşkil edir. .Bu, büdcədə nəzərdə tutulan səviyyədən 10 dollar aşağıdır. Ekspertlərin hesablamasına görə, büdcə yaxın aylarda 300 milyard rubladək vəsait itirə bilər.

Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin neft-qaz gəlirləri oktyabrda illik müqayisədə 27%, ilin ilk 10 ayında isə 21% azalıb.

Ümumilikdə büdcə təxminən 2 trilyon rubl gəlirdən məhrum olub.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Dünya 08:56
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Dünya 08:51
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Dünya 23:47
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Dünya 23:15
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Dünya 22:29
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Dünya 22:01
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Dünya 21:30
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Россияне ударили по Павлограду
Dünya 20:00
Россияне ударили по Павлограду
İran yeni silahlar sınaqdan keçirib
Dünya 19:57
İran yeni silahlar sınaqdan keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol