• $
  • €
  • ₽
  • ₺
  • £

Vyetnamda daşqın və sürüşmələr nəticəsində ölənlərin sayı 90-a çatıb

Vyetnamda daşqın və sürüşmələr nəticəsində ölənlərin sayı 90-a çatıb
23.11.2025 09:47

Vyetnamın mərkəzində güclü leysan yağışların səbəb olduğu kütləvi daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 90 nəfərə yüksəlib, 12 nəfər isə hələ də itkin düşmüş sayılır.Bu barədə Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi yanında Anbarların İdarə Edilməsi və Fəlakətlərin Qarşısının Alınması Departamenti məlumat yayıb.

Son bir həftədir davam edən güclü yağışlar ən çox Dak Lak, Khanh Hoa, Gia Lai və Lam Donq əyalətlərini vurub. 1100-dən çox ev, məktəb və inzibati bina dağılıb və ya zədələnib, təxminən 200 min ev su altında qalıb. Daşqınlar respublika magistrallarının 24 hissəsinə ciddi ziyan vuraraq yolları yararsız hala salıb və ölkənin mərkəzi regionu ilə digər ərazilər arasında avtomobil və dəmir yolu əlaqələrini ciddi şəkildə pozub.

Hökumət nəticələrin operativ aradan qaldırılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi və ziyanın minimuma endirilməsi üçün genişmiqyaslı tədbirləri davam etdirir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Dünya 08:56
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Dünya 08:51
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Dünya 23:47
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Dünya 23:15
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Dünya 22:29
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Dünya 22:01
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Dünya 21:30
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Россияне ударили по Павлограду
Dünya 20:00
Россияне ударили по Павлограду
İran yeni silahlar sınaqdan keçirib
Dünya 19:57
İran yeni silahlar sınaqdan keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol