• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp və Zelenski razılaşdırılmamış iki əsas məsələni müzakirə edəcəklər

Tramp və Zelenski razılaşdırılmamış iki əsas məsələni müzakirə edəcəklər
24.11.2025 10:59

 Cenevrədə keçirilən ABŞ–Ukrayna danışıqlarında sülh planının əksər müddəaları razılaşdırılıb, bir neçə ay mübahisə doğuran kritik maddələr üzrə də irəliləyiş əldə edilib. Bu barədə RBC-Ukrayna hökumət və diplomatik mənbələrə istinadən xəbər verib.


Sənədin baza prinsipləri razılaşdırılıb, mübahisəli müddəaların bir hissəsi isə qismən dəyişdirilərək uzlaşdırılıb.

İrəliləyiş əldə edilən sahələrə Ukrayna Silahlı Qüvvələrinin gələcək strukturu, Zaporojye AES-in statusu, həmçinin məhbus mübadiləsi və məhkumların geri qaytarılması mexanizmləri daxildir.


Bununla belə, ərazilərlə bağlı bəndlər və Ukraynanın NATO-ya üzvlüyü üzrə təminatlar hələ də razılaşdırılmayıb və hər iki ölkə liderinin — Donald Tramp və Vladimir Zelenskinin – yekun qərarına ehtiyac duyur.


Mənbələrin bildirdiyinə görə, danışıqların ən çətin məsələlərindən biri kimi Ukrayna qoşunlarının Donetsk vilayətindən çıxarılması tələbi qalmaqdadır.


Hesabatda qeyd edilir ki, Zelenski və Tramp arasında bu həftə və ya gələn həftə baş tuta biləcək görüşün gündəliyini məhz bu mübahisəli bəndlərin həlli təşkil edəcək.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Dünya 08:56
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Dünya 08:51
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Dünya 23:47
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Dünya 23:15
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Dünya 22:29
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Dünya 22:01
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Dünya 21:30
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Россияне ударили по Павлограду
Dünya 20:00
Россияне ударили по Павлограду
İran yeni silahlar sınaqdan keçirib
Dünya 19:57
İran yeni silahlar sınaqdan keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol