• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla İsrail arasında investisiyalar 600 milyon dollara yaxındır - Nazir

Azərbaycanla İsrail arasında investisiyalar 600 milyon dollara yaxındır - Nazir
26.01.2026 15:46

Hazırda Azərbaycanda İsrail investisiyalı 130-dan çox kommersiya qurumu fəaliyyət göstərir və qarşılıqlı investisiyaların həcmi təxminən 600 milyon ABŞ dolları təşkil edir. Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan–İsrail biznes forumunda bildirib. 

Onub sözlərinə görə, iki ölkə arasında münasibətlər siyasi etimad və uzunmüddətli institusional əməkdaşlıq əsasında qurulub və strateji xarakter daşıyır.

“İndiyədək Azərbaycan və İsrail arasında 23 ikitərəfli saziş imzalanıb ki, bu da investisiyaların təşviqi və qarşılıqlı qorunması, eləcə də ikiqat vergitutmanın aradan qaldırılması sahələrində möhkəm hüquqi baza yaradır”, - nazir bildirib.

Cabbarov qeyd edib ki, 2025-ci il ərzində sənaye, biotexnologiya, kənd təsərrüfatı, ərzaq həlləri və investisiya layihələri üzrə intensiv təmaslar aparılıb, birgə Hökumətlərarası Komissiyanın dördüncü iclası isə məhsuldar olub.

Nazir enerji sektorunu əməkdaşlığın əsas istiqamətlərindən biri adlandıraraq bildirib ki, Azərbaycan İsrailin enerji sektorunda təkcə təchizatçı deyil, həm də mühüm investor kimi çıxış edir. Onun sözlərinə görə, 27 dekabr 2025-ci ildə İsrailin müstəsna iqtisadi zonasında qaz kəşfiyyatı üzrə birgə işlənmə sazişi imzalanıb və hazırda seysmik tədqiqatlar və qazma işlərinə hazırlıq davam edir.

Cabbarov həmçinin “Tamar” qaz yatağında 10 faizlik payın əldə olunmasını Azərbaycan–İsrail enerji tərəfdaşlığının mühüm göstəricisi kimi qiymətləndirib.

Nazir əlavə edib ki, su ehtiyatlarının idarə edilməsi, alternativ su mənbələrinin istifadəsi və kənd təsərrüfatında səmərəli su istehlakı sahələrində də əməkdaşlıq genişləndirilir, İsrail–Azərbaycan Ticarət və Sənaye Palatası isə biznes əlaqələrinin inkişafında mühüm rol oynayır.

Onun sözlərinə görə, Azərbaycan Orta Dəhliz və Zəngəzur dəhlizi (TRIPP) vasitəsilə regional logistika və tranzit mərkəzi mövqeyini gücləndirir.

Cabbarov bildirib ki, Azərbaycanın xarici dövlət borcu ÜDM-in 6,3 faizi səviyyəsindədir, valyuta ehtiyatları isə ÜDM-dən çoxdur ki, bu da ölkədə makroiqtisadi sabitliyi və investorlar üçün əlverişli mühiti təmin edir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Azərbaycan büdcəsində neft gəlirlərinin payını 30%-ə endirəcək - nazir
İqtisadiyyat 16:39
Azərbaycan büdcəsində neft gəlirlərinin payını 30%-ə endirəcək - nazir
Taleh Ziyadov: Orta Dəhlizdə sərhəd prosedurları uyğunlaşdırılmalıdır
İqtisadiyyat 15:51
Taleh Ziyadov: Orta Dəhlizdə sərhəd prosedurları uyğunlaşdırılmalıdır
Azərbaycanın Mərkəzi Asiya ilə ticarəti 53% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın Mərkəzi Asiya ilə ticarəti 53% artıb
LSEG: Azərbaycan şirkətləri kapital bazarlarından daha fəal istifadə edə bilər
İqtisadiyyat 15:43
LSEG: Azərbaycan şirkətləri kapital bazarlarından daha fəal istifadə edə bilər
Valeh Ələsgərov: Ələt Zonasının üstünlüyü ixracyönümlü istehsaldır
İqtisadiyyat 15:15
Valeh Ələsgərov: Ələt Zonasının üstünlüyü ixracyönümlü istehsaldır
Yeni idman dünyası KinonTV-də: “SetantaSports& TV” paketi istifadəyə verildi
İqtisadiyyat 14:53
Yeni idman dünyası KinonTV-də: “SetantaSports& TV” paketi istifadəyə verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol