• $
  • £

Azərbaycan Milli Olimpiya Komitəsi BOK-a etirazını bildirib

Azərbaycan Milli Olimpiya Komitəsi BOK-a etirazını bildirib
06.02.2026 15:25

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) XXV Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən fiqurlu konkisürənlər Nikita Raxmanin – Karina Akopova cütlüyünün yarış proqramında siyasi və separatçı məzmun daşıyan “Arsax” adlı musiqidən istifadə etməsini ciddi narahatlıqla qarşılayıb.

Bu barədə MOK-un açıqlamasında bildirilib.

Komitə qeyd edib ki, məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (İOC) rəsmi etiraz təqdim olunub. Etirazda vurğulanıb ki, “Arsax” ifadəsi uzun illər ərzində Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış ərazilərinə qarşı Ermənistanın qeyri-qanuni və separatçı siyasətinin ideoloji mahiyyətini əks etdirir.

MOK-un bəyanatına görə, Olimpiya Oyunları kimi siyasətdən kənar qalmalı olan beynəlxalq idman tədbirində belə bir proqram seçimi açıq şəkildə siyasi və ideoloji məna daşıyır və Olimpiya dəyərlərinə ziddir.

Komitə xatırladıb ki, Olimpiya Xartiyasının əsas prinsiplərinə əsasən, Olimpiya Oyunlarında hər hansı siyasi, ideoloji və separatçı təbliğata yol verilməməlidir. İOC-un əsas missiyalarından biri idmanı siyasətdən uzaq saxlamaq və idmançıların siyasi məqsədlər üçün istismarının qarşısını almaqdır.

MOK bildirib ki, bu kimi hallar Olimpiya Oyunlarının ruhuna, idman etikası və beynəlxalq idman prinsiplərinə zərər vurur, Olimpiya Hərəkatının neytrallıq prinsipini pozur və regionda sülhə və qarşılıqlı etimada xələl gətirir.

Açıqlamada vurğulanıb ki, Olimpiya Oyunları sülhün, dostluğun və xalqlar arasında qarşılıqlı hörmətin rəmzidir və bu platformadan siyasi və separatçı təbliğat məqsədləri üçün istifadə yolverilməzdir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan güləşçiləri Bakıya gəldi
Cəmiyyət 12:04
Ermənistan güləşçiləri Bakıya gəldi
"Qarabağ" - ÇSKA oyununun biletləri satışa çıxarılır
İdman 12:45
"Qarabağ" - ÇSKA oyununun biletləri satışa çıxarılır
Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının medalları təqdim olunub
İdman 21:52
Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının medalları təqdim olunub
UEFA Avropa Liqası:"Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - Yenilənib
İdman 21:57
UEFA Avropa Liqası:"Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - Yenilənib
Bolqarıstan klubu “Qarabağ”la oyuna azarkeşsiz gələcək
İdman 22:46
Bolqarıstan klubu “Qarabağ”la oyuna azarkeşsiz gələcək
Çempionlar Liqası: “Sabah” Finlandiya klubunu məğlub edib
İdman 22:00
Çempionlar Liqası: “Sabah” Finlandiya klubunu məğlub edib
İspaniya ikinci dəfə futbol üzrə dünya çempionu olub
İdman 07:34
İspaniya ikinci dəfə futbol üzrə dünya çempionu olub
İspaniya DÇ-2026-nın qalibi olub - Yenilənib
İdman 02:03
İspaniya DÇ-2026-nın qalibi olub - Yenilənib
FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb
İdman 16:01
FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol