• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Ermənistana xəbərdarlıq edib

Rusiya Ermənistana xəbərdarlıq edib
06.02.2026 17:22

Rusiya Ermənistanda parlament seçkiləri ərəfəsində Qərblə əlaqəli strukturların Moskvanı və Rusiya–Ermənistan münasibətlərini gözdən salmağa çalışdığını bildirib. Bu barədə Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin Rossiya-24 telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Qərb tərəfindən maliyyələşdirilən və əlaqələndirilən qeyri-hökumət təşkilatlarının fəaliyyəti nəzərəçarpacaq dərəcədə artıb və bu fəaliyyət Rusiyaya qarşı yönəlib.

Kopırkin bildirib ki, Moskvanın qiymətləndirməsinə əsasən, Avropa İttifaqı getdikcə daha çox militarizə olunmuş xarakter alır və Ermənistanda açıq şəkildə anti-Rusiya siyasəti aparır.

Səfir vurğulayıb ki, Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olaraq qaldığını əsas götürür və təşkilatda üzvlüyün “dondurulması” formatı mövcud deyil.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Rusiyanın 39 gəmisinə və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib
Dünya 14:50
Zelenski Rusiyanın 39 gəmisinə və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb
Dünya 12:30
Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb

“Likud” liderdir, lakin heç bir blok çoxluq əldə edə bilməyib
Dünya 07:49
“Likud” liderdir, lakin heç bir blok çoxluq əldə edə bilməyib
İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatıb
Dünya 22:39
İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatıb
Trampla Ərdoğan arasında telefon danışığı olub
Dünya 21:40
Trampla Ərdoğan arasında telefon danışığı olub
Venesuelada prezident seçkiləri keçiriləcək
Dünya 21:19
Venesuelada prezident seçkiləri keçiriləcək
“Air France” Ər-Riyada uçuşların dayandırılmasını dekabrın 12-dək uzadıb
Dünya 20:38
“Air France” Ər-Riyada uçuşların dayandırılmasını dekabrın 12-dək uzadıb
Ərdoğan və Mirziyoyev TDT-nin gələcəyini və regional məsələləri müzakirə ediblər
Dünya 18:30
Ərdoğan və Mirziyoyev TDT-nin gələcəyini və regional məsələləri müzakirə ediblər
SEPAH: Ötən sutka üç tanker Hörmüz boğazında minaya düşüb
Dünya 13:56
SEPAH: Ötən sutka üç tanker Hörmüz boğazında minaya düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol